
Hüquqinfo.az bildirir ki,
Bakı şəhərində 3 nömrəli marşrut avtobusunda sərnişinlərin üzərinə yuxarıdan su damıb.
Məsələ ilə bağlı Bakı Bus MMC-nin mətbuat katibi Əsmər Əliyeva saytımıza açıqlamasında bildirib ki, Bakı Bus MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb.
“Sürücü nasazlıq barədə məlumat aldıqdan dərhal sonra reysi tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib.
Nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub”, - açıqlamada qeyd olunub.









