Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ceyhun Bayramov almaniyalı həmkarını Ermənistanla davam...--:--
News
Sabah Bakıda daha bir mühüm forum başlayacaq--:--
News
Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simony...--:--
News
DİN “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri”si ilə...--:--
News
Cəbrayılda kiçik biznes sahələrinə mediatur təşkil edil...--:--
News
Ceyhun Bayramov almaniyalı həmkarını Ermənistanla davam...--:--
News
Sabah Bakıda daha bir mühüm forum başlayacaq--:--
News
Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simony...--:--
News
DİN “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri”si ilə...--:--
News
Cəbrayılda kiçik biznes sahələrinə mediatur təşkil edil...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Bugün, 16:49
News thumbnail

Hüquqinfo.az bildirir ki,

25–26 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

Hüquqinfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilib. Forumun strateji tərəfdaşı olan “The European House – Ambrosetti & TEHA Group” Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.

Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirəcək. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar barədə fikir mübadiləsi aparılacaq. Müzakirələrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi formalaşmış mövqeyindən sənaye istehsalı, investisiya və regional dəyər zəncirlərinin inkişafını dəstəkləyən daha geniş iqtisadi platformaya çevrilməsi xüsusi diqqət mərkəzində olacaq.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, ötən ilin sentyabrında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

News thumbnail
dunya

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

News thumbnail
dunya

Rəsmi Moskva Nyu-Yorkda Rusiya-ABŞ-Ukrayna danışıqları barədə məlumatları təkzib edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Azərbaycanla Sent-Vinsent və Qrenadinləri arasında siyasi məsləhətləşmə mexanizminin əsası qoyulub

Bugün, 17:28
News thumbnail
Bugün
cemiyyet

Anım Günü ilə əlaqədar Suraxanıda ağacəkmə aksiyası

Bugün, 17:28
News thumbnail
Bugün
iqtisadiyyat

Babək rayonunun Xalxal sahəsində geoloji tədqiqatlar aparılır

Bugün, 17:27
News thumbnail
Bugün
iqtisadiyyat

Özbəkistanla Azərbaycan Xəzərdə donanmanın maliyyələşdirilməsi mənbələrini müəyyən edib

Bugün, 17:22

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

DİN "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Bugün, 17:22
News thumbnail
Bugün
siyaset

Cəbrayıl sakini: Dövlət biznesimizi inkişaf etdirmək üçün bizə yetərli dəstək verib

Bugün, 17:21
News thumbnail
Bugün
huquq

Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO

Bugün, 17:20
News thumbnail
Bugün
dunya

Rəsmi Moskva Nyu-Yorkda Rusiya-ABŞ-Ukrayna danışıqları barədə məlumatları təkzib edib

Bugün, 17:20
News thumbnail
Bugün
siyaset

Nazir xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - Foto

Bugün, 17:20
News thumbnail
Bugün
son xeberler

AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir

Bugün, 17:17
News thumbnail
dunya

Zelenski Moskvaya getməkdən imtina edib? - Kreml

News thumbnail
dunya

Yaponiyalı üzgüçü Şin Ohaşi dünya rekordunu yeniləyib