
Hüquqinfo.az bildirir ki,
Uqandanın tarixi Tooro Krallığında 34 yaşlı Kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin ölümündən sonra başlayan və həftələrdir davam edən varislik mübahisəsi başa çatıb. Kral ailəsi Oyonun əmisi oğlu, televiziya aparıcısı Şahzadə II Edvard Rukidi Kiyanqanoma Nyabonqonu yeni hökmdar seçib.
“Hüquqinfo.az” xəbər verir ki, Uqandanın ictimai yayımçısı UBC-də xəbər aparıcısı kimi çalışan Şahzadə Edvardın rəsmi mərasimlə Tooro taxtına çıxması gözlənilir.
Tooro Uqandanın dörd tarixi krallığından biridir. Hazırda bu krallıqlar məhdud siyasi səlahiyyətlərə malikdir və əsasən, mədəni qurumlar kimi fəaliyyət göstərir.
Kral Oyo 1995-ci ildə, cəmi 3 yaşında taxta çıxıb. O, həmin vaxt “Ginnesin Rekordlar Kitabı” tərəfindən dünyanın ən gənc monarxı kimi tanınıb. Oyo xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 34 yaşında vəfat edib.
Kral Oyonun ölümündən sonra Tooroda yeni hökmdarın kim olacağı ilə bağlı ciddi varislik mübahisəsi yaranıb. Oyonun anası əvvəlcə kralın oğlu olduğunu bildirdiyi şəxsin taxta çıxmalı olduğunu müdafiə edib. O, mübahisə zamanı ev dustaqlığında saxlanıldığını da iddia edib. Lakin Babito kral klanı tərəfindən yaradılan seçki komitəsi bu tələbi qəbul etməyib. Nəticədə komitə Oyonun əmisi oğlu Şahzadə Edvardı yeni kral seçib.










