
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton ölkədə süni intellekt sahəsinin inkişafı ilə məşğul ola bilər.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Amerika lideri "Axios" portalına müsahibəsində bildirib.
"Nəzərdə tutduğum bir nəfər var", - deyən Tramp Kleytonun bu iş üçün doğru seçim olduğunu vurğulayıb. "O buradadır. Bu, yaxşı fikirdir", - prezident qeyd edib.
Trampın sözlərinə görə, o, namizədi yaxın üç-dörd gün ərzində seçmək niyyətindədir.
ABŞ-də süni intellektin inkişafına cavabdeh şəxsin vəzifələri rəsmən müəyyən edilməyib.










