
Hüquqinfo.az bildirir ki,
Pentaqon narkokartellərə qarşı əməliyyatlarda istifadə etmək üçün MQ-9 “Reaper” zərbə-kəşfiyyat pilotsuz uçuş aparatlarının Afrikadan Mərkəzi və Cənubi Amerikaya köçürülməsi imkanını nəzərdən keçirir.
Qəzetin məlumatına görə, ABŞ Silahlı Qüvvələri bu PUA-lardan 2025-ci ildə narkotik qaçaqmalçılarına məxsus bir neçə gəmiyə zərbələr zamanı istifadə edib. Əməliyyatların genişləndirilməsi fonunda ABŞ hərbçiləri Afrikadan regiona əlavə MQ-9 “Reaper” PUA-larının yerləşdirilməsi imkanını araşdırırlar.
WSJ qeyd edir ki, bu PUA-lar elektron rabitəni ələ keçirmək, istilik izlərini müəyyənləşdirmək və yüksək dəqiqlikli zərbələr endirmək imkanlarına malikdir.
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri Frensis Donovan PUA-ların mümkün köçürülməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Donovan qəzetə açıqlamasında Latın Amerikasındakı mürəkkəb relyef və hava şəraiti səbəbindən ABŞ hərbçilərinin yüksək texnologiyalı sistemlərə ehtiyac duyduğunu bildirib. O, narkokartellərə qarşı mümkün fəaliyyət variantlarından heç birini istisna etmədiyini də qeyd edib.
“Bunlar yerüstü zərbələr, həbslər, gizli sığınacaqların məhv edilməsi ola bilər”, – deyə Donovan bildirib.










