
Hüquqinfo.az bildirir ki,
Gürcüstan ABŞ-nin təşəbbüsü ilə irəli sürülən "Süni İntellekt İmkanları Tərəfdaşlığı" haqqında Birgə Bəyannaməyə qoşulub.
"Hüquqinfo.az"un Gürcüstan bürosu xəbər verir ki, ölkənin ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvili Birgə Bəyannaməni imzalayıb.
Bildirilib ki, təşəbbüs süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini, müvafiq infrastrukturun inkişaf etdirilməsini, innovasiyaların dəstəklənməsini və qlobal texnoloji proseslərdə fəal iştirakın təşviqini nəzərdə tutur.










