Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 ...--:--
News
Qaçırıldığı iddia olunan təyyarə Səudiyyə Ərəbistanında...--:--
News
Azərbaycanda "yaşıl investisiya" risklərinin sığortalan...--:--
News
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyan...--:--
News
Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texn...--:--
News
AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 ...--:--
News
Qaçırıldığı iddia olunan təyyarə Səudiyyə Ərəbistanında...--:--
News
Azərbaycanda "yaşıl investisiya" risklərinin sığortalan...--:--
News
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyan...--:--
News
Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texn...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Bugün, 10:58
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur.

O deyi ki, hələ bir neçə gün əvvəl Rusiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı mövcud mexanizmdən sui-istifadə hallarının aşkarlandığını bildirmişdi:

“Hətta eyni təsdiqedici sənədlərdən istifadə etməklə bir neçə partiya nağd pulun ölkədən çıxarılmasına cəhdlərin olduğu açıqlanmışdı. Buna görə Mərkəzi Bank, Maliyyə Nazirliyi və Gömrük Xidməti arasında məlumatların birləşdirilməsi, eyni sənədin təkrar istifadəsinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Yəni görünür, Rusiyadan maliyyə sistemindən kənar böyük həcmdə nağd pul çıxarılması ilə bağlı müəyyən siqnallar var və yeni qərar da bundan qaynaqlanır.

Əvvəlki məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv ölkələri əhatə edirdi. Yeni qərarla Azərbaycan, Tacikistan və Özbəkistan da ayrıca bu siyahıya daxil edilib.

Rusiya Azərbaycana pul köçürmələrinin əsas mənbəyidir. 2024-cü ildə Rusiyadan Azərbaycana 497 milyon dollar, 2025-ci ildə 479,3 milyon dollar pul köçürülüb. 2025-ci ildə ümumilikdə ölkəyə daxil olan 1,177 milyard dollarlıq pul köçürmələrinin təxminən 41%-i Rusiyanın payına düşüb.

2026-cı ilin ilk yarısında isə Rusiyadan Azərbaycana köçürmələr 356,7 milyon dollara çatıb və 67,4% artıb. Bu, həmin dövrdə Azərbaycana daxil olan bütün pul köçürmələrinin 47,6% deməkdir.

Amma bir məsələ var ki, bu yüz milyonlarla dollar əsasən bank infrastrukturu və pulköçürmə sistemləri ilə gələn vəsaitdir. Yeni 1 milyon rubl limiti isə məhz fiziki şəkildə ölkədən çıxarılan nağd pula aiddir”.

İqtisadçının sözlərinə görə, Rusiyadan Azərbaycana il ərzində ciblərdə, çantalarda və baqajlarda nə qədər nağd rubl gətirildiyinə dair ayrıca açıq rəsmi statistika yoxdur:

“Ona görə də məhdudiyyətin Azərbaycana dəqiq maliyyə təsirini hesablamaq mümkün deyil.

Amma mövcud durum deməyə əsas verir ki, bütün hallarda vəziyyət bizim üçün elə də narahatedici qərar deyil. Məgər Azərbaycana bir dəfəyə cibinə 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul qoyub, gətirən fiziki şəxslərin sayı nə qədərdir?! Gətirmək istəyən də, 1 milyon rublu cibində, yerdə qalanı da bankla gətirə (köçürə) biləcək.

Odur ki, qərarın Azərbaycana ümumi pul axınına təsiri ciddi olmayacaq. Bunun daha çox, iri məbləğlərin nağd və maliyyə sistemindən kənar daşınmasına təsiri olacaq”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Azərbaycanda "yaşıl investisiya" risklərinin sığortalanması müzakirə edilib

News thumbnail
siyaset

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

News thumbnail
siyaset

Milli Məclisin ilk iclası başladı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Payız sessiyası başladı

Bugün, 11:02
News thumbnail
Bugün
iqtisadiyyat

İnklüziv rəqəmsallaşma: qadınların texnologiya ekosisteminə inteqrasiyası nə üçün vacibdir? - ARAŞDIRMA

Bugün, 10:59
News thumbnail
Bugün
iqtisadiyyat

Qaçırılıdığı deyilən təyyarə ilə bağlı -

Bugün, 10:59
News thumbnail
Bugün
dunya

KİV: Aİ Gürcüstanın ATƏT-ə sədrliyinə qarşıdır

Bugün, 10:58

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Qaçırıldığı bildirilən Dubay-Tel-Əviv təyyarəsinin Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir - YENİLƏNİB

Bugün, 10:56
News thumbnail
Bugün
idman

Bolqarıstanın “Botev Plovdiv” klubunun prezidenti güllələnərək öldürülüb

Bugün, 10:54
News thumbnail
Bugün
dunya

Gürcüstan ABŞ-nin təşəbbüsü olan Süni İntellekt İmkanları Tərəfdaşlığına qoşulub

Bugün, 10:54
News thumbnail
Bugün
idman

"Zirə"nin legionerləri milli komandalarının qələbələrinə töhfə veriblər

Bugün, 10:52
News thumbnail
Bugün
idman

Yığma komandamız Şotlandiyaya qarşı

Bugün, 10:52
News thumbnail
Bugün
siyaset

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi ələ keçirilib, İsrail hökuməti təcili iclas çağırıb

Bugün, 10:50
News thumbnail
siyaset

Payız sessiyası başladı

News thumbnail
siyaset

Qaçırıldığı bildirilən Dubay-Tel-Əviv təyyarəsinin Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir - YENİLƏNİB