
Hüquqinfo.az bildirir ki,
Livan hakimiyyəti ABŞ-ın başçılığındakı İsraillə danışıqlarda heç bir nəticə əldə etməyib və faydasız güzəştlərə razılaşıb.
Axar.az xəbər verir ki, bunu Hizbullah baş katibi Şeyx Naim Qasım tərəfdarlarına müraciətində deyib.
"Livan hakimiyyətinə İsrail düşməninin təcavüzkar hərəkətlərinin qarşısını ala bilməyən bu mənasız danışıqları dondurmağı tövsiyə edirik", - deyə o bildirib.
Şeyx Qasım iddia edir ki, döyüşçülər ölkənin cənubunda işğalçı qüvvələrə qarşı şiddətli müqavimət göstərməyə davam edirlər.










