
Hüquqinfo.az bildirir ki,
Ermənistan hakimiyyəti rusiyalı mülkiyyətçiləri aktivlərindən imtina etməyə məcbur etmək üçün onları dəyərsizləşdirməyə çalışır.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.
Onun sözlərinə görə, Ermənistanda Rusiyanın sənaye və infrastruktur müəssisələrinin növbəti hədəfə çevrilə biləcəyinə dair əlamətlər müşahidə olunur:
“Onların maliyyələşdirilməsinin az olması, investisiya mühitinə mənfi təsiri, fəaliyyətlərindən ekoloji zərər dəyməsi, işçilərin aşağı maaşı ilə bağlı tezislər dövriyyəyə buraxılır”.









