
Hüquqinfo.az bildirir ki,
Moskvada “Orion” parkındakı attraksionlardan birində nasazlıq baş verib və nəticədə səkkizi uşaq olmaqla 14 sərnişin təxminən 40 metr hündürlükdə köməksiz vəziyyətdə qalıb.
Məlumata görə, attraksion sərnişinlər ən yüksək nöqtədə olarkən dayanıb. Park əməkdaşları səsgücləndiricilər vasitəsilə insanları sakitləşdirirlər. Kabinanın təxliyəsi üçün dartıcı qurğudan istifadə olunur və hadisə yerinə bir neçə xüsusi nərdivanlı avtomobil göndərilib.
Mütəxəssislər dayanmanın səbəbini araşdırırlar. İlkin məlumatlara görə, köməksiz vəziyyətdə qalan sərnişinlərin hamısı təhlükəsiz vəziyyətdədir.






