Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı--:--
News
Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləş...--:--
News
Tramp onların Ağ Evə girişini qadağan etdi--:--
News
Silahlı Qüvvələrimizin antiterror əməliyyatından üç il ...--:--
News
Tramp bu telekanallara qadağa tətbiq etdi--:--
News
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı--:--
News
Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləş...--:--
News
Tramp onların Ağ Evə girişini qadağan etdi--:--
News
Silahlı Qüvvələrimizin antiterror əməliyyatından üç il ...--:--
News
Tramp bu telekanallara qadağa tətbiq etdi--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Dünən, 23:12
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşadığımız Türkiyə Cümhuriyyətinin və can Azərbaycanın ən möhkəm təminatıdır. Onların yazdığı qəhrəmanlıq dastanları eyni zamanda bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir.

"Hüquqinfo.az" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Mustafa Kamal Atatürkə "Qazi" fəxri adı və "Marşal" rütbəsinin verilməsinin 105-ci ildönümü, həmçinin "19 Sentyabr – Qazilər Günü" münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.

Qazilərin millətin müstəqillik və istiqlal iradəsinin canlı timsalları olduğunu bildirən Yaşar Gülər deyib:

"Şanlı tariximizin ən kritik dönəmlərində müqəddəs dəyərlərimiz uğrunda böyük cəsarət və qətiyyətlə mübarizə aparmısınız. Bəzən sərhəddə, bəzən cəbhədə, bəzən isə ölkəmizin və can Azərbaycanımızın ən çətin günlərində vətənə və vəzifəyə sədaqətlə xidmət edərək heç bir fədakarlıqdan çəkinməmisiniz. Hər dəfə eyni yüksək ruhla məsuliyyət daşıyaraq ölkələrimizin bu günlərə gəlib çatmasına və hər birimizin gələcəyə əminliklə baxmasına böyük töhfələr vermişiniz".

Nazir bildirib ki, yaxın coğrafiyada böhranların və münaqişələrin davam etdiyi bu dövrdə Türkiyə öz təhlükəsizliyini qorumaqla yanaşı, regional sülh və sabitliyə də töhfə verən, məsuliyyətli dövlət kimi fəaliyyət göstərir:

"Bir tərəfdən sərhədlərimizin təhlükəsizliyi və millətimizin rahatlığı naminə çəkindiricilik imkanlarımızı ən yüksək səviyyədə saxlayır, digər tərəfdən isə beynəlxalq məsələlərin həllində sülhə, sabitliyə və dialoqa üstünlük verən yanaşma nümayiş etdiririk. Balkanlardan Qafqaza, Qara dənizdən Yaxın Şərq və Afrikaya qədər geniş coğrafiyada Türkiyənin fəallığı hər keçən gün daha da artır.

Qəhrəman ordumuzun müxtəlif coğrafiyalarda həyata keçirdiyi vəzifələr də ölkəmizin beynəlxalq təhlükəsizlik arxitekturasındakı çəkisini və məsuliyyətini ən aydın şəkildə göstərir. Bu mövqeyimizi qorumaq və daha da yüksək səviyyələrə çatdırmaq üçün ordumuzun imkan və bacarıqlarını daim inkişaf etdiririk. Xüsusilə cənab Prezidentimizin dəstəyi və təşviqi ilə son illərdə böyük irəliləyişlər əldə edən yerli və milli müdafiə sənayemiz də təhlükəsizlikdən iqtisadiyyata qədər ölkəmizin gücünə və beynəlxalq təsirinə müstəsna töhfələr verir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib

News thumbnail
iqtisadiyyat

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

News thumbnail
iqtisadiyyat

Bakının mərkəzi küçələrindən biri bağlanır

Populyar Xəbərlər

News thumbnail
Dünən
cemiyyet

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Dünən, 23:45
News thumbnail
Dünən
son xeberler

İstanbulda bina çökdü: yaralılar var

Dünən, 23:41
News thumbnail
Dünən
cemiyyet

Bu il 48 ucqar kənddə məktəb distant təhsilə keçib

Dünən, 23:40
News thumbnail
Dünən
siyaset

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

Dünən, 23:32

Həftənin Xəbərləri

News thumbnail
Dünən
dunya

“NATO şişir və genişlənir”

Dünən, 23:25
News thumbnail
Dünən
iqtisadiyyat

KİV: İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib

Dünən, 23:24
News thumbnail
Dünən
siyaset

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Dünən, 23:24
News thumbnail
Dünən
dunya

Moskvada attraksionda nasazlıq oldu

Dünən, 23:16
News thumbnail
Dünən
siyaset

Ermənistana daha bir xəbərdarlıq: Təhlükədə deyil, lakin...

Dünən, 23:13
News thumbnail
Dünən
son xeberler

İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 nəfər yaralanıb

Dünən, 23:08
News thumbnail
iqtisadiyyat

"Neftçi"dən inamlı, "Qarabağ"dan çətin qələbə

News thumbnail
iqtisadiyyat

Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb