
Hüquqinfo.az bildirir ki,
Yəmənin Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi husilərin intensiv hücumlarına qarşı ümumi səfərbərlik çağırışı edib.
"Hüquqinfo.az"un məlumatına görə, bu barədə Yəmənin İnformasiya Nazirliyinin açıqlamasında bildirilib.
Əl-Alimi hökumət qüvvələri ilə husilər arasında döyüşlərin artması fonunda milli səfərbərlik çağırışı edib.
O, həmçinin hökumətə keçəcək husilər üçün amnistiya elan etməyə hazır olduğunu bildirib.










