Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
24 yaşlı qadın pilləkəndən yıxıldı, əlindəki bıçaq qarn...--:--
News
Bu il 1351 vətəndaş subasma zonasından təxliyə edilib--:--
News
Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb--:--
News
70 ildir yaşadıqları ev əlindən alınır--:--
News
Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub--:--
News
24 yaşlı qadın pilləkəndən yıxıldı, əlindəki bıçaq qarn...--:--
News
Bu il 1351 vətəndaş subasma zonasından təxliyə edilib--:--
News
Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb--:--
News
70 ildir yaşadıqları ev əlindən alınır--:--
News
Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Sadıqovla bağlı şok iddialar: 44 günlük müharibənin əvvəlində…

Bugün, 10:06
News thumbnail

Hüquqinfo.az bildirir ki,

44 günlük Vətən müharibəsinin ildönümündə xatırlanan məqamlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun savaşın əvvəlində vəzifəsindən kənarlaşdırılmasıdır. Müdafiə Nazirliyi 2021-ci ilin yanvarında Sadıqovun artıq hərbi xidmətdə olmadığını açıqlasa da, onun müharibə dövründə hansı səbəbdən vəzifədən uzaqlaşdırıldığı məlum deyil. Bundan başqa, onun Rusiya ilə münasibətləri və mümkün əlaqələri barədə müxtəlif iddialar səsləndirilir.

Bəs Nəcməddin Sadıqov müharibənin ilk günlərində hansı səbəbdən vəzifədən uzaqlaşdırıldı? Onun Rusiya ilə yaxın münasibətləri barədə səsləndirilən iddiaların əsası varmı? Hərbi əməliyyatlarla bağlı məlumatların Moskvaya ötürülməsi mümkündürmü?

Axar.az xəbər verir ki, hərbi ekspert Rövşən Məhərrəmov Globalinfo.az-a açıqlamasında müharibənin başlanğıcında Nəcməddin Sadıqovun artıq vəzifədən kənarlaşdırıldığını bildirib.

“Vəzifəsindən kənarlaşdırılması məsələsinə gəlincə, bildiyiniz kimi, əməliyyatların yürüdülməsində müəyyən ləngimələr və gecikmələr baş vermişdi. Nəcməddin Sadıqov o zaman birbaşa vəzifədən azad edilməsə də, proseslərdən kənarlaşdırıldı. Bu, hərbi idarəetmədə təbii bir haldır. Baş Qərargah rəisi ilə bağlı qərarı Prezident qəbul etdi. Oxşar hallara beynəlxalq təcrübədə də rast gəlinir. Məsələn, Qazaxıstanda təlimlər zamanı baş verən bədbəxt hadisədən sonra müdafiə nazirinin vəzifəsindən azad edilməsini misal göstərmək olar”.

Ekspert bildirib ki, Nəcməddin Sadıqov 30 ilə yaxın Baş Qərargah rəisi kimi xidmət edib:

“O, klassik müharibə taktikası üzrə böyük təcrübəyə malik idi. Rusiyanın Ali Hərbi Məktəbini, Bakı Birləşmiş Komandirlər Məktəbini və Frunze adına Hərbi Akademiyanı bitirmişdi. Yəni onun təcrübəsiz bir zabit olduğunu iddia etmək olmaz. Lakin İkinci Qarabağ müharibəsi müasir texnologiyalar və yeni taktikalar üzərində qurulmuşdu. Görünən odur ki, onun müasir döyüş üsullarının tətbiqindəki zəifliyi nəzərə alınaraq kənarlaşdırılması və yerinə daha perspektivli, müasir döyüş təcrübəsinə yiyələnmiş cavan kadrların təyin olunması məqsədəuyğun bilindi”.

Rusiya lehinə casusluq iddialarına gəldikdə isə, Rövşən Məhərrəmov bunun əsassız olduğunu düşünür:

“Xüsusi xidmət orqanları hər bir yüksək rütbəli zabitin fəaliyyətini nəzarətdə saxlayır. Əgər belə bir hal mövcud olsaydı, xüsusi xidmət orqanları dərhal aşkar edər və o, müharibə zamanı deyil, daha əvvəl vəzifədən azad olunaraq cinayət məsuliyyətinə cəlb edilərdi. Casusluq ən ağır dövlət cinayətlərdən biridir və bunun hüquqi nəticəsi məhkəmə cavabdehliyi olmalı idi. Yəni “Rusiyaya casusluq” iddiaları sadəcə şayiə və əsassız söhbətlərdir. Aydındır ki, Baş Qərargah rəisinin casus olması və xüsusi xidmət orqanlarının buna göz yumması mümkün deyil. Bu kadr dəyişikliyi Ali Baş Komandanın birbaşa səlahiyyətində olan məsələ idi. Müharibənin ilk mərhələsində irəliləyişdə yaşanan müəyyən çətinliklər və uğursuzluqlar səbəbindən o kənarlaşdırıldı, yerinə gələn gənc kadrlarla isə Ordumuz müharibəni böyük qələbə ilə başa vurdu”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb

News thumbnail
dunya

Son 200 ildə edam edilən ilk qadın olacaq

News thumbnail
dunya

Ukrayna yüzlərlə "Pinqivin" aldı: Onlar nəyə qadirdir?

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

“Hakim bizə deməyib ki, bu evi mənə bağışlayıblar, burada yaşaya bilmərsiniz”

Bugün, 10:50
News thumbnail
Bugün
iqtisadiyyat

Lənkəranda dələduzluqla 150 min manatdan artıq vəsaiti ələ keçirən şəxs saxlanılıb

Bugün, 10:48
News thumbnail
Bugün
son xeberler

Evdə şüşəni yumruqla sındırdı, öldü

Bugün, 10:48
News thumbnail
Bugün
siyaset

Gürcüstan XİN başçısı Kanada rəsmisi ilə regiondakı vəziyyəti müzakirə edib

Bugün, 10:47

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Qazi aşpazın ölüm səbəbi

Bugün, 10:46
News thumbnail
Bugün
idman

İoannis Diamantakos: "Məqsəd Azərbaycan basketbolunun gələcəyi üçün möhkəm təməl yaratmaqdır"

Bugün, 10:43
News thumbnail
Bugün
dunya

ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb

Bugün, 10:42
News thumbnail
Bugün
huquq

Məhkəmə hakiminin 70 ildir məskunlaşdığı evi zorla əlindən aldığını deyir

Bugün, 10:40
News thumbnail
Bugün
son xeberler

Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Bugün, 10:38
News thumbnail
Bugün
son xeberler

Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb

Bugün, 10:36
News thumbnail
dunya

Ukrayna bu tarixdə kapitulyasiya edə bilər

News thumbnail
dunya

İranNüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq üçün üç maddəlik planı nəzərdən keçirir