
Hüquqinfo.az bildirir ki,
Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru təyin olunan İoannis Diamantakos əsas məqsədlərini açıqlayıb.
"Hüquqinfo.az" xəbər verir ki, mütəxəssis bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətinə açıqlama verib.
"Azərbaycan Basketbol Federasiyasına qoşulmaq mənim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Mənə göstərilən etimada görə federasiyaya və onun rəhbərliyinə minnətdaram. Əsas milli komandanı qarşıdakı çağırışlara hazırlamaqla yanaşı, bütün yaş qrupları üzrə yığmalar arasında aydın inkişaf yolu qurmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Məqsədimiz davamlı inkişaf və Azərbaycan basketbolunun uğurlu gələcəyi üçün möhkəm təməl yaratmaqdır".










