










Hüquqinfo.az bildirir ki,
İstanbulun Bağçalıevlər rayonunda yerləşən Yayla Məscidi dağılma riski olduğu üçün sökülməsinə qərar verilib.
“Hüquqinfo.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, günbəz və beton konstruksiyasının gözləniləndən daha möhkəm olması səbəbindən söküntü işləri 5 gündür davam edir.
Məlumata görə, 1982-ci ildə istifadəyə verilmiş məscid söküldükdən sonra yerində zəlzələyə davamlı və müasir məscid inşa ediləcək. Yeni məscidin inşasını adı açıqlanmayan xeyriyyəçi şəxsin maliyyələşdirəcəyi bildirilir.
Sosial şəbəkələrdə tarixə qovuşmaqda olan Yayla Məscidinin söküntü prosesinin görüntüləri paylaşılıb. Məscidin sökülməsini birmənalı qarşılamayan sosial şəbəkə istifadəçiləri isə görüntülərə “Sökülməmək üçün sonuna qədər dayanıb”, “Sanki yanlış məscidi sökürlər, sökülənə oxşamır” və s. kimi şərhlər yazıblar.




.jpg)




