
Hüquqinfo.az bildirir ki,
“Bu razılaşmanı İrana, İsrailə və ya hər hansı üçüncü ölkəyə qarşı yaradılmış ittifaq kimi qiymətləndirmək doğru deyil”.
Hüquqinfo.az-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu ABŞ-də yayımlanan “Newsweek” jurnalına müsahibəsində deyib.
Ərdoğan “Məkkə Birgə Müdafiə Sazişi”nin hər hansı ölkəyə qarşı yaradılmış ittifaq olmadığını bildirib.
“Bu saziş daha təhlükəsiz, dinc və firavan gələcəyin qurulması üçün üzərimizə götürdüyümüz ortaq məsuliyyətin ifadəsidir”, - deyə Türkiyə Prezidenti qeyd edib.










