Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Böyük texnologiya şirkətlərinin və bankların nümayəndəl...--:--
News
Litva və ABŞ birgə PUA istehsalına dair sənəd imzalayıb--:--
News
Anthropic rəhbəri: Süni intellekt nəzarətdən çıxarsa, b...--:--
News
BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklə...--:--
News
Serbiya lideri Avropa İttifaqına çağırış edib--:--
News
Böyük texnologiya şirkətlərinin və bankların nümayəndəl...--:--
News
Litva və ABŞ birgə PUA istehsalına dair sənəd imzalayıb--:--
News
Anthropic rəhbəri: Süni intellekt nəzarətdən çıxarsa, b...--:--
News
BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklə...--:--
News
Serbiya lideri Avropa İttifaqına çağırış edib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

Serbiya lideri Avropa İttifaqına çağırış edib

Bugün, 03:34
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Serbiya vətəndaşları Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda daha aydın perspektiv və konkret nəticələr gözləyirlər.

"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Serbiyanın Aİ-yə tamhüquqlu üzv olması üçün hələ çox iş görmək lazımdır.

"Avropa İttifaqının tamhüquqlu üzvlüyü strateji prioritet olaraq qalır. Lakin həm Aİ-nin ayrı-ayrı üzv dövlətləri, həm də namizəd ölkələr arasında genişlənmə prosesindən uzunmüddətli yorğunluğu görməzdən gələ bilmərik", - deyə Vuçiç bildirib. Serbiya Prezidenti ölkəsinin Aİ-yə namizəd statusunu 2012-ci ildə əldə etdiyini, üzvlük danışıqlarına isə 2014-cü ildə başladığını xatırladıb.

"Serbiya vətəndaşları haqlı olaraq ölkəmizin on ildən artıqdır iştirak etdiyi prosesdə daha aydın perspektiv və konkret nəticələr gözləyirlər", - deyə o vurğulayıb.

Vuçiç bildirib ki, növbəti Aİ genişlənməsinin yaxın gələcəkdə baş verəcəyinin qeyri-müəyyən olduğu şəraitdə Serbiya mövcud durğunluğun aradan qaldırılması üçün praktiki yollar təklif edib. Onun sözlərinə görə, Serbiya Qərbi Balkan ölkələrinin Aİ-yə tamhüquqlu üzvlükdən əvvəl vahid Avropa bazarına mərhələli şəkildə inteqrasiyasını və Şengen məkanına çıxış əldə etməsini təklif edib:

"Bu, üzvlüyün əvəzi və ya ambisiyalarımızın azaldılması deyil, region vətəndaşlarına və iqtisadiyyatlarına Avropa inteqrasiyasının real faydalarını hiss etməyə imkan verəcək konkret və praqmatik irəliləyiş yolu olacaq".

Serbiya Prezidenti, həmçinin ölkəsinin Avropa yolunun ənənəvi dostluqlardan imtina etmək anlamına gəlmədiyini qeyd edib. Onun sözlərinə görə, məhz bu sayədə Belqrad ABŞ, Çin Xalq Respublikası və Rusiya Federasiyasına birbaşa uçuşların mümkün olduğu nadir Avropa paytaxtlarından biridir.

Vuçiç Serbiyanın açıqlığının ölkənin inkişaf strategiyasının, tarixinin və dünyaya baxışının ifadəsi olduğunu vurğulayıb: "Serbiya hesab edir ki, dövlətlər aydın kursa və öz maraqlarına malik ola, eyni zamanda hər məsələdə razılaşmadığı tərəflərə qapıları bağlamaya bilərlər. Yalnız bizimlə eyni düşünənlərlə danışdığımız bir dünyada diplomatiyaya o qədər də ehtiyac qalmazdı. Qərarların qəbulunda azadlıq və müstəqillik Serbiya üçün ən yüksək dəyərlərdir".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Litva və ABŞ birgə PUA istehsalına dair sənəd imzalayıb

News thumbnail
dunya

Baltik ölkələri dronlarla mübarizə üçün Aİ-dən 500 milyon avro istəyib

News thumbnail
dunya

Vuçiç BMT-nin fəaliyyətindən narazıdır

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb

Bugün, 02:38
News thumbnail
Bugün
siyaset

Tramp Si Cinpini təyyarənin yanında qarşıladı

Bugün, 02:37
News thumbnail
Bugün
dunya

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı mərhələli şəkildə İraqa təhvil verəcək

Bugün, 02:20
News thumbnail
Bugün
siyaset

“TRIPP davamlı regional sülhə töhfə verəcək”

Bugün, 02:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib

Bugün, 02:16
News thumbnail
Bugün
siyaset

Daha bir ölkə ilə viza rejimi ləğv edildi

Bugün, 01:59
News thumbnail
Bugün
cemiyyet

Bu işlərdə çalışanların ödündə daş yaranır

Bugün, 01:55
News thumbnail
Bugün
dunya

Rubio: ABŞ İordan çayının qərb sahilində yeni zorakılıq dalğası istəmir

Bugün, 01:49
News thumbnail
Bugün
dunya

47 ölkənin vətəndaşı Ukraynaya qarşı vuruşur - Zelenski

Bugün, 01:42
News thumbnail
Bugün
siyaset

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

Bugün, 01:41
News thumbnail
dunya

“A.B.İ.”ni Bergüzar da xilas edə bilmədi

News thumbnail
dunya

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı mərhələli şəkildə İraqa təhvil verəcək