
Hüquqinfo.az bildirir ki,
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin hər iki ölkə xalqlarının rifahı naminə ikitərəfli münasibətlərin sabit inkişafı üzərində ABŞ Prezidenti Donald Trampla birgə işləməyə hazır olduğunu bildirib.
"Çin-ABŞ münasibətlərinin nəhəng gəmisini gələcəyə doğru sabit kursa yönəltmək üçün sizinlə işləməyə hazıram. Prezident Tramp və mən bir-birimizə hörmət edirik. Biz şəxsi qarşılıqlı anlaşma yaratmışıq və əlaqə qururuq", - Si Cinpin bildirib.
Onun sözlərinə görə, Çin və ABŞ böyük dövlətlərdir. Buna müvafiq olaraq, onlar qarşıdurmadan qaçmalı və təkcə iki ölkənin deyil, həm də bütün dünyanın rifahı üçün kommunikasiyanı gücləndirməlidirlər.
"Dünyada baş verən tarixi əhəmiyyətli dəyişikliklər qarşısında Çin və ABŞ iki böyük dövlət olaraq bəşəriyyətin inkişafına və tərəqqisinə töhfə vermək üçün tarixi məsuliyyət daşıyır", - ÇXR Sədri vurğulayıb.
Si Cinpin həmçinin bildirib ki, Pekin və Vaşinqton dövlətlərarası, siyasi, iqtisadi və humanitar əməkdaşlığı genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, tərəflər iki ölkənin qanunverici orqanları arasında mübadilələrin genişləndirilməsini də dəstəkləyirlər.









