
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığında Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarına son qoyulmasını tələb edib.
"Tramp dəfələrlə Zelenskidən Rusiya neft emalı zavodlarına hücumları dayandırmasını istəyib. Bu hücumların dizel yanacağı qiymətinin qlobal artımına səbəb olacağı vurğulanıb. Telefon danışığı zamanı "dizel" sözü dəfələrlə xatırlanıb", - deyə bildirilib.
Qeyd edək ki, Tramp və Zelenski gələn həftə BMT Baş Assambleyasının payız sessiyasının başlayacağı Nyu-Yorkda görüşəcəklər.










