Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarl...--:--
News
Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bil...--:--
News
Fromula 1-də qəza--:--
News
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat...--:--
News
Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayz...--:--
News
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarl...--:--
News
Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bil...--:--
News
Fromula 1-də qəza--:--
News
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat...--:--
News
Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayz...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi

Bugün, 15:18
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılı ABŞ-da həbs edilib.

Məlumata görə, Arif Hacılı oğlunun və gəlininin Müsavat Partiyasına xas ənənəvi saxta sənəd taktikasından istifadə etməklə ABŞ-da məskunlaşmasına kömək göstərib.

Orxan və Yaqut Hacılı bütün cəhdlərə baxmayaraq, ABŞ-da oturum icazəsi ala bilməyiblər. Onlar ölkədən çıxmaq öhdəliyi götürsələr də, bu tələbə əməl etməyib və ABŞ ərazisində qeyri-qanuni qalmağa davam ediblər.

Hacılılar ABŞ-ın aidiyyəti qurumlarına saxta sənədlər təqdim edib, siyasi fəaliyyətləri barədə təhrif olunmuş məlumatlardan ibarət dosye hazırlamaqla oturum hüququ qazanmağa çalışıblar. ABŞ miqrasiya orqanlarının araşdırması zamanı təqdim edilən sənədlərlə real vəziyyət arasında ciddi ziddiyyətlər üzə çıxıb. Bundan sonra Orxan Hacılı və Yaqut Hacılı həbs edilib.

Bildirilib ki, Arif Hacılı oğlunun və gəlininin həbsindən sonra xaricdəki havadarlarının imkanlarından yararlanmağa çalışıb. O, müxtəlif xarici təşkilatlara və ayrı-ayrı şəxslərə müraciət edib. Nəticədə külli miqdarda vəsait girov qoyulub və onların müvəqqəti azadlığa çıxmasına nail olunub.

Lakin girov müqabilində azadlığa buraxılmaları ittihamların aradan qalxması və ya işə xitam verilməsi demək deyil. Orxan və Yaqut Hacılı barədə məhkəmə prosesi davam edir. Onların ABŞ-dan deportasiya olunması ehtimalı da qüvvədə qalır.

ABŞ qanunvericiliyinə görə, miqrasiya qurumlarına saxta sənəd təqdim edilməsi, şəxsin siyasi fəaliyyəti və mümkün təqib təhlükəsi barədə bilərəkdən yalan məlumat verməsi sadəcə texniki qayda pozuntusu sayılmır. Belə hərəkətlər oturum və sığınacaq müraciətinin rəddinə, miqrasiya həbsinə, deportasiya prosesinə və ayrı-ayrı hallarda əlavə hüquqi məsuliyyətə gətirib çıxara bilər.

Saytın araşdırması zamanı ABŞ-ın açıq məhkəmə və miqrasiya bazalarında bu işə dair ad-soyadla əldə edilən sənəd tapılmayıb. Bunun əsas səbəbi ABŞ immiqrasiya işlərinin açıq sistemdə adla yoxlanılmamasıdır. ABŞ Ədliyyə Nazirliyinin EOIR sistemi işin statusunu öyrənmək üçün “A-number” adlanan fərdi miqrasiya nömrəsini tələb edir. Girov iclasları barədə məlumat da açıq elektron sistemdə göstərilmir. Buna görə məlumatın açıq bazada görünməməsi belə bir prosesin olmadığı anlamına gəlmir.

Məsələnin digər mühüm tərəfi budur ki, Arif Hacılının adı saxta sənəd qalmaqalında ilk dəfə hallanmır. Onun 2014-cü ildən Müsavat Partiyasına başçılıq etdiyi dövrdə siyasi mühacirət, saxta partiya arayışları və Avropada oturum almaq üçün qurulan saxta dosyelərlə bağlı çoxsaylı ittihamlar gündəmə gəlib.

Almaniyada keçirilən məhkəmə proseslərində, Azərbaycan hüquq-mühafizə orqanlarının araşdırmalarında və Avropanın ayrı-ayrı ölkələrində aparılan yoxlamalarda Müsavat Partiyasının adından verilən sənədlər müzakirə mövzusu olub. Bir sıra şəxslər Avropada bu sxemin qurbanına çevrildiklərini bildiriblər. Jurnalist Elbəyi Həsənli də silsilə yazılarında saxta sənəd və siyasi mühacir biznesi ilə bağlı fakt və iddiaları ictimailəşdirib.

İddialara görə, Arif Hacılının partiyaya rəhbərlik etdiyi dövrdə siyasi fəaliyyətlə real əlaqəsi olmayan şəxslərə partiya üzvlüyü, təqib və siyasi fəallıq barədə sənədlərin hazırlanması kütləvi xarakter alıb. Xaricdə oturum almaq istəyən ayrı-ayrı şəxslər bu sənədlərdən istifadə edib, sonradan isə həm özləri, həm də onlara saxta dosye hazırlayan çevrələr hüquqi problemlərlə üzləşiblər.

İndi eyni metodun Arif Hacılının öz oğlu və gəlini üçün də işə salındığı barədə məlumat ortaya çıxıb. Bu dəfə saxta sənəd mexanizminin qurbanı kənar şəxs deyil, Arif Hacılının öz övladıdır.

İllər boyu siyasi rəqiblərini və hakimiyyəti saxtakarlıqda suçlayan Arif Hacılının özünün belə ağır iddiaların mərkəzinə düşməsi ciddi siyasi və mənəvi ziddiyyətdir. Başqalarından şəffaflıq və dürüstlük tələb edən siyasi xadim əvvəlcə həmin prinsipləri öz fəaliyyətində və ailəsinə münasibətdə qorumalıdır.

Siyasətçi üçün ailə üzvlərinin gələcəyini saxta sənədlər və təhrif olunmuş siyasi dosyelər üzərində qurmağa çalışmaq nə siyasi əxlaqa, nə də ictimai məsuliyyətə sığır. Arif Hacılının bu əməli qınanmalıdır. Saxtakarlıq üzərində qurulan yol sonda onun öz övladını ABŞ-da həbs və deportasiya təhlükəsi ilə üz-üzə qoyub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Vilayət Eyvazov xaricdə Polis Akademiyalarına ezam olunan kursantları qəbul edib

News thumbnail
huquq

Professor: Dağ-mədən sahəsinin dinamikası ancaq müsbət tərəfədir - RƏY

News thumbnail
huquq

“Oğlum və gəlinimlə bağlı məsələni həbs adlandırmaq doğru deyil”

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Bugün, 16:19
News thumbnail
Bugün
son xeberler

Məkkədə hücum xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi

Bugün, 16:17
News thumbnail
Bugün
siyaset

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur

Bugün, 16:15
News thumbnail
Bugün
iqtisadiyyat

Almaniya Azərbaycandan 450 min tona yaxın neft tədarük edib

Bugün, 16:14

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Professor: Dağ-mədən sahəsinin dinamikası ancaq müsbət tərəfədir - RƏY

Bugün, 16:14
News thumbnail
Bugün
dunya

Bakıda güclü külək əsəcək – Xəbərdarlıq

Bugün, 16:11
News thumbnail
Bugün
iqtisadiyyat

“Expressbank” sahibkarlara 100 000 AZN-dək mikrokredit təklif edir

Bugün, 16:11
News thumbnail
Bugün
dunya

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bugün, 16:09
News thumbnail
Bugün
dunya

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bugün, 16:09
News thumbnail
Bugün
siyaset

Rektor Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan tələbələrlə görüşdü

Bugün, 16:05
News thumbnail
huquq

HÜQUQİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ

News thumbnail
huquq

“Hadisənin necə aşkara çıxdığını bilmirəm”