Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarl...--:--
News
Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bil...--:--
News
Fromula 1-də qəza--:--
News
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat...--:--
News
Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayz...--:--
News
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarl...--:--
News
Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bil...--:--
News
Fromula 1-də qəza--:--
News
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat...--:--
News
Ələt Azad İqtisadi Zonasının nümayəndə heyətinin Malayz...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

“Hadisənin necə aşkara çıxdığını bilmirəm”

Bugün, 15:09
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Naxçıvanda nənənin nikahdankənar doğulan nəvəsini öldürməyinin detalları məlum olub.

“Hüquqinfo.az”nun məlumatına görə, Könül Salayeva uşağı “el içində biabır olarıq” düşüncəsi ilə qətlə yetirib. 52 yaşlı körpə qatilinin əməli məhkəmədə sübuta yetirilib.

İstintaq materiallarında yazılıb ki, qadının öldürdüyü körpəni onun qızı dünyaya gətirib. Rüsvay olacağını düşünən nənə isə ağlasığmaz cinayətə əl atıb. O, uşaq doğum evindən çıxarıldıqdan sonra elə avtomobildəcə onu boğub. Nənə körpənin səsinin eşidilməməsi üçün sürücüdən maqnitofonun səsini artırmasını istəyib. Daha sonra körpəni üzüüstə çevirərək ağız və burun nahiyəsini sıxıb. 10-15 dəqiqə sonra uşaq mexaniki asfiksiya nəticəsində ölüb. Nənə amansız planının davamı olaraq kəndə çatandan sonra körpənin meyitini həyətdəki tualet quyusuna atıb.

Bu cinayətin üstü 26 gün sonra açılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən Könül Salayeva cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Saleyava məhkəmədə ona elan olunan ittihamla özünü təqsirli bilib, günahsız körpəni öldürdüyü üçün çox peşman olduğunu dilə gətirib. Nənənin sözlərinə görə, qızı 6 il əvvəl ailəli olub boşanıb, həmin vaxtdan birlikdə yaşayırlar: “Qışda qızımın qarnında sancılar başladı. Həkim müayinədən sonra onun hamilə olduğunu dedi. Qızımdan bu barədə soruşanda “bir səhvdir, etmişəm” dedi. Uşağın atasının kim olduğunu isə demədi. Nə edəcəyimi bilmirdim. Öldürməkdən başqa çarəm yox idi. Qərara gəldim ki, uşağı elə xəstəxanadan çıxan kimi öldürüm. Sonra meyiti nə edəcəyimi bilmirdim. Evdə heç kim olmayanda həyətdəki tualet quyusuna atdım.

Hadisənin necə aşkara çıxdığını da bilmirəm. Qızıma zəng vurub polisə çağırdılar. Sonra da həyətə maşın gəldi. Bizi polis idarəsinə apardılar. Çox peşmanam, günahsız körpəni öldürmək istəməzdim”.

Öldürülən körpənin anası da məhkəmədə ifadə verib, övladına görə anasından şikayətçi olmayıb: “Körpənin atası ilə instaqramda tanış olmuşdum. Aramızda sevgi münasibəti yarandı, bir neçə dəfə görüşdük. Lakin yola getmədiyimizə görə ayrıldıq. Hamilə olduğumu bilməmişəm. Özümdə fizioloji dəyişiklik, ürəkbulanma hiss etməmişəm. Qarnımdakı şişin mədəaltı problemlə bağlı ola biləcəyini düşünürdüm. Ağrılar başlayanda xəstəxanaya apardılar. Həkim əvvəlcə bağırsaq keçməzliyindən şübhələndi. Amma UZİ-yə salanda hamilə olduğumu dedilər. Həkim uşağın qüsurlu göründüyünü dedi. Anam hamilə olduğumu biləndə şoka düşdü. “Uşağı öldürəcəyəm” dedi, amma ciddiyə almadım. Olan olub, amma körpəmin ölməsini istəməzdim, xəbərim olsaydı, mane olardım”.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi yekunda Könül Salayevanı köməksiz vəziyyətdə olan şəxsi amansızlıqla öldürməkdə təqsirli bilib. Ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il həbs cəzası verilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Vilayət Eyvazov xaricdə Polis Akademiyalarına ezam olunan kursantları qəbul edib

News thumbnail
huquq

Professor: Dağ-mədən sahəsinin dinamikası ancaq müsbət tərəfədir - RƏY

News thumbnail
huquq

“Oğlum və gəlinimlə bağlı məsələni həbs adlandırmaq doğru deyil”

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Bugün, 16:19
News thumbnail
Bugün
son xeberler

Məkkədə hücum xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi

Bugün, 16:17
News thumbnail
Bugün
siyaset

Cəbrayılda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara mediatur

Bugün, 16:15
News thumbnail
Bugün
iqtisadiyyat

Almaniya Azərbaycandan 450 min tona yaxın neft tədarük edib

Bugün, 16:14

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Professor: Dağ-mədən sahəsinin dinamikası ancaq müsbət tərəfədir - RƏY

Bugün, 16:14
News thumbnail
Bugün
dunya

Bakıda güclü külək əsəcək – Xəbərdarlıq

Bugün, 16:11
News thumbnail
Bugün
iqtisadiyyat

“Expressbank” sahibkarlara 100 000 AZN-dək mikrokredit təklif edir

Bugün, 16:11
News thumbnail
Bugün
dunya

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bugün, 16:09
News thumbnail
Bugün
dunya

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bugün, 16:09
News thumbnail
Bugün
siyaset

Rektor Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan tələbələrlə görüşdü

Bugün, 16:05
News thumbnail
huquq

HÜQUQİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ

News thumbnail
huquq

Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi