
Hüquqinfo.az bildirir ki,
Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib.
"Təsdiq edilib ki, Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunan Ukraynadakı istənilən Britaniya hərbi obyektləri qanuni hədəfdir. Vurğulanıb ki, vəziyyətin gələcək mümkün əlverişsiz inkişafına görə bütün məsuliyyət Londonun üzərinə düşür", - qeyd edilib.









