










Hüquqinfo.az bildirir ki,
Prezidentin Sərəncamı ilə əfv edilmiş Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb.
“Hüquqinfo.az” xəbər verir ki, xanım məhkum bu gün 4 saylı Cəzaçəkmə Müəssisəsindən azad edilib.
Ədliyyə nazirinin müavini general-mayor Oqtay Məmmədov keçmiş məhkuma gələcək həyatında uğurlar arzu edib.
Qeyd edək ki, Sabir Sonia bu gün əfv edilən yeganə qadın məhkumdur. O, quldurluqda təqsirli bilinərək, 8 il həbs cəzasına məhkum edilib. Cəzasının çəkilməmiş 6 ayından azad olunub.










