










Hüquqinfo.az bildirir ki,
Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Hüquqinfo.az-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.










