Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“El Nino” fəlakəti: 6 ayda yarım milyon insan öləcək--:--
News
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idma...--:--
News
Azərbaycana casusluqda ittiham edilən erməni konsulun--:--
News
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında dipl...--:--
News
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında dipl...--:--
News
“El Nino” fəlakəti: 6 ayda yarım milyon insan öləcək--:--
News
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idma...--:--
News
Azərbaycana casusluqda ittiham edilən erməni konsulun--:--
News
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında dipl...--:--
News
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında dipl...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Milli Kibertəhlükəsizlik Agentliyi "Global Anti-Scam Alliance"na üzv olub

Bugün, 16:59
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) onlayn dələduzluq və rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat Global Anti-Scam Alliance-a (GASA) üzv olub.

Bildirilib ki, MKA-nın GASA-ya üzvlüyü onlayn dələduzluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi, eləcə də Azərbaycanın bu sahədə təcrübəsinin beynəlxalq müstəvidə təqdim edilməsi üçün yeni imkanlar yaradır.

Üzvlük çərçivəsində MKA onlayn dələduzluq üzrə qlobal trendlər, yeni hücum metodları, süni intellekt əsaslı dələduzluq sxemləri, sosial mühəndislik taktikaları və maliyyə dələduzluğu mexanizmləri ilə bağlı araşdırma və analitik materiallara çıxış əldə edəcək.

Bununla yanaşı, MKA GASA-nın işçi qruplarında iştirak edərək onlayn dələduzluğun qarşısının alınması, məlumat mübadiləsi, araşdırma və maliyyə dələduzluqları ilə mübarizə istiqamətlərində beynəlxalq təcrübənin öyrənilməsinə və birgə təşəbbüslərə töhfə vermək imkanına malik olacaq.

Üzvlük MKA-ya müxtəlif ölkələrin dövlət qurumları ilə yanaşı, bank sektoru, telekommunikasiya operatorları, texnologiya platformaları və kibertəhlükəsizlik şirkətləri ilə əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar verir.

Eyni zamanda, MKA tərəfindən həyata keçirilən maarifləndirmə kampaniyaları, milli xəbərdarlıq mexanizmləri və onlayn dələduzluqla mübarizə sahəsində formalaşmış təcrübənin GASA şəbəkəsi vasitəsilə beynəlxalq auditoriyaya təqdim edilməsi də mümkün olacaq. Bu, Azərbaycanın müvafiq sahədəki təcrübəsinin müxtəlif ölkə və sektorların nümayəndələri ilə paylaşılmasına şərait yaradacaq.

Global Anti-Scam Alliance (GASA) onlayn dələduzluq və rəqəmsal mühitdə istifadəçilərə qarşı törədilən maliyyə və psixoloji zərərin azaldılması məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.

Təşkilat dövlət və özəl sektor qurumları, hüquq-mühafizə orqanları, maliyyə institutları, texnologiya şirkətləri, telekommunikasiya operatorları və kibertəhlükəsizlik şirkətlərini bir araya gətirir.

GASA-nın rəsmi məlumatına əsasən, qlobal şəbəkəsinə 120-dən artıq təşkilat daxildir və 6 regionda, 90-dan çox ölkədə fəaliyyət göstərir. Təşkilatın üzvləri sırasında texnologiya, maliyyə və kibertəhlükəsizlik sektorlarının aparıcı şirkətləri, eləcə də dövlət qurumları, o cümlədən Amazon, Google, Meta, Microsoft, Mastercard, Visa, OpenAI, TikTok, Hüquqinfo.az Micro, Bitdefender, McAfee, ScamAdviser, GSMA, JPMorgan Chase və Lloyds Banking Group kimi şirkət və qurumlar yer alır.

GASA qlobal və regional dələduzluq trendlərinin öyrənilməsi, maarifləndirmə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, məlumat mübadiləsi, praktiki yanaşmaların formalaşdırılması, eləcə də beynəlxalq tədbir və təlimlərin təşkili istiqamətlərində fəaliyyət göstərir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

News thumbnail
siyaset

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub

News thumbnail
siyaset

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

“Nar”dan inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək

Bugün, 17:22
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın qarşısında duran əsas vəzifə təbii sərvətləri milli inkişafın davamlı mənbəyinə çevirməkdir - RƏY

Bugün, 17:19
News thumbnail
Bugün
huquq

Əfv olunan Özdemir Salih: Ailəsini, övladlarını sevən hər kəs cinayət törətməsin

Bugün, 17:18
News thumbnail
Bugün
siyaset

Sabir Rüstəmxanlı Güney Komissiyasının iclasını keçirdi

Bugün, 17:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

"Unibank" sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır

Bugün, 17:15
News thumbnail
Bugün
huquq

Əfv edilənlər kimlərdir?

Bugün, 17:10
News thumbnail
Bugün
iqtisadiyyat

Bakıda yeni park salınır - 35 milyon manat ayrıldı

Bugün, 17:10
News thumbnail
Bugün
iqtisadiyyat

Həcc ziyarətinə qeydiyyat başlayır: Qiymət artımı...

Bugün, 17:06
News thumbnail
Bugün
cemiyyet

Dərs deyərkən halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Bugün, 17:04
News thumbnail
Bugün
huquq

Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu

Bugün, 17:00
News thumbnail
siyaset

Sabir Rüstəmxanlı Güney Komissiyasının iclasını keçirdi

News thumbnail
siyaset

Makron Robert De Nironu təltif etdi