










Hüquqinfo.az bildirir ki,
Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Əsaslı Tikinti və Təmir MLMC tərəfindən təsdiqlənib.
Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri Xezer-Construction MMC-yə həvalə olunub.
Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin ilkin qiyməti 49 mln 440 min 118 manat olaraq müəyyənləşdirilmişdi.










