Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Avropada ötən ay qazın qiyməti illik müqayisədə 90%-dən...--:--
News
Milli Məclisin ilk iclası başladı--:--
News
Təl-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanı...--:--
News
Payız sessiyası başladı--:--
News
İnklüziv rəqəmsallaşma: qadınların texnologiya ekosiste...--:--
News
Avropada ötən ay qazın qiyməti illik müqayisədə 90%-dən...--:--
News
Milli Məclisin ilk iclası başladı--:--
News
Təl-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanı...--:--
News
Payız sessiyası başladı--:--
News
İnklüziv rəqəmsallaşma: qadınların texnologiya ekosiste...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

MM-ə mülki işlərdə iştirak edən vəkillərin müdafiəsinə dair təminatlar müəyyənləşdirilməsi tövsiyə olunub

Bugün, 10:22
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Hüquqinfo.az-ya bildirilib ki, məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi müəyyənlik prinsipi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsinin mülki mühakimə icraatında iştirak edən vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsinin müraciətini, Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələrinin, habelə hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından Cinayət Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsi Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirən, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərən vəkili ehtiva edir.

Hüquqi yardım göstərən digər vəkillərin, o cümlədən mülki mühakimə icraatında iştirak edən vəkilin peşə fəaliyyəti ilə əlaqədar hədə-qorxu və hüquqazidd təsirlərdən cinayət-hüquqi müdafiəsinə dair xüsusi təminatların müəyyən edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Moldovada PUA partlayıb

News thumbnail
huquq

Kürdəmirdə daha bir nəfəri ildırım vurub öldürdü

News thumbnail
huquq

İnam Kərimov: Hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam edir

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Gürcüstan ABŞ-nin təşəbbüsü olan Süni İntellekt İmkanları Tərəfdaşlığına qoşulub

Bugün, 10:54
News thumbnail
Bugün
idman

"Zirə"nin legionerləri milli komandalarının qələbələrinə töhfə veriblər

Bugün, 10:52
News thumbnail
Bugün
idman

Yığma komandamız Şotlandiyaya qarşı

Bugün, 10:52
News thumbnail
Bugün
siyaset

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi ələ keçirilib, İsrail hökuməti təcili iclas çağırıb

Bugün, 10:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Moldovada PUA partlayıb

Bugün, 10:50
News thumbnail
Bugün
cemiyyet

Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib

Bugün, 10:48
News thumbnail
Bugün
siyaset

Britaniyanın müdafiə üzrə dövlət naziri Bakıdadır

Bugün, 10:48
News thumbnail
Bugün
huquq

Kürdəmirdə daha bir nəfəri ildırım vurub öldürdü

Bugün, 10:46
News thumbnail
Bugün
iqtisadiyyat

Avropa İttifaqı qaz istehlakını artırıb

Bugün, 10:45
News thumbnail
Bugün
huquq

İnam Kərimov: Hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam edir

Bugün, 10:42
News thumbnail
huquq

Bərdədə 26 yaşlı oğlan qətlə yetirildi

News thumbnail
huquq

Cəbrayılın Şükürbəyli kəndinə, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb