










Hüquqinfo.az bildirir ki,
"Zirə"nin futbolçuları milli komandalarının heyətində növbəti oyunlarını keçiriblər.
"Hüquqinfo.az"un məlumatına görə, Rikardo Martins Mozambik yığmasının heyətində Sudana qarşı matçda iştirak edib.
O, 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada qol və məhsuldar ötürmənin müəllifi olub.
Ange Mutsinzi isə Ruanda millisinin heyətində səfərdə Kabo Verde ilə görüşdə meydanda olub. Müdafiəçi komandasının 2:1 hesablı qələbəsində bir məhsuldar ötürmə ilə fərqlənib.










