Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Almaniyanın yeni "siması": İqtisadi problemlər və Paşin...--:--
News
Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində...--:--
News
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq--:--
News
Nəqliyyat marşrutları açıqlandı--:--
News
Popşoy: Moldova Azərbaycandan qaz və neft məhsullarının...--:--
News
Almaniyanın yeni "siması": İqtisadi problemlər və Paşin...--:--
News
Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində...--:--
News
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq--:--
News
Nəqliyyat marşrutları açıqlandı--:--
News
Popşoy: Moldova Azərbaycandan qaz və neft məhsullarının...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

“Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır”

Bugün, 19:05
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Euronews” Alban-Udi xristianlarının Azərbaycanın Qarabağ bölgəsində dini ayinləri barədə videoçarx yayımlayıb.

“Hüquqinfo.az” Hüquqinfo.az-ya istinadən xəbər verir ki, videoçarxda Alban-Udi icmasının Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər Monastırında keçirdiyi dini ayindən görüntülər təqdim olunub.

Videoçarxda qeyd olunur ki, Azərbaycanın Udi xristianları Qarabağın tarixi xristian məkanlarında əsrlərdir davam edən ziyarət və dua ənənəsini yaşatmaqda davam edirlər.

Materialda Gəncəsər Monastırının əsas kilsəsinin Həsən-Cəlal Dövlənin hakimiyyəti dövründə 1216–1238-ci illərdə inşa edildiyi qeyd olunur.

Videoçarxda Alban-Udi Xristian İcmasının sədr müavini Rafiq Danakarinin fikirlərinə də yer verilib.

“Bu gün müstəqilliyimizin əldə olunması sayəsində müqəddəs atalarımız tərəfindən tikilmiş monastırdayıq. Biz tariximizlə fəxr edirik”, – Rafiq Danakari bildirib.

“Euronews” qeyd edir ki, Udi zəvvarları üçün Gəncəsərə qayıdış həm də dərin tarixi əlaqənin bərpası deməkdir. Materialda dini ayinin Udi dilində keçirilməsinin də xüsusi əhəmiyyət daşıdığı vurğulanır.

Videoçarxda Alban-Udi icmasının Qarabağdakı digər tarixi xristian məkanlarına da ziyarətlər etdiyi bildirilir.

Bunlar arasında Kəlbəcər rayonunda yerləşən Xudavəng, Laçın rayonundakı Ağoğlan və Xocavənd rayonundakı Amaras monastırlarının adı çəkilir.

Materialda Azərbaycanın dünyəvi ölkə olduğu, əhalisinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olduğu, bununla yanaşı, xristianların, yəhudilərin və digər dini icmaların da ölkənin dini və mədəni mənzərəsinin bir hissəsini təşkil etdiyi qeyd olunur.

“Euronews” həmçinin müasir Azərbaycan ərazisində xristianlığın qədim tarixə malik olduğunu bildirir. Videoçarxda Şəki yaxınlığındakı Kiş kilsəsi və Qəbələ rayonunun Nic kəndində Udi icmasının xristian dini ənənələrini davam etdirməsi bu tarixi irsin nümunələri kimi təqdim olunur.

“Euronews”un videoçarxında Qarabağdakı tarixi xristian məkanlarının qorunması və onların tarixi kimliyi məsələsinin bölgənin keçmişi ilə bağlı daha geniş müzakirələrin tərkib hissəsi olaraq qaldığı da vurğulanır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələr üzrə protokol imzalanıb

News thumbnail
huquq

Azərbaycan və Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələr üzrə protokol imzalanıb

News thumbnail
huquq

Azərbaycanla Sent-Vinsent və Qrenadinləri arasında siyasi məsləhətləşmə mexanizminin əsası qoyulub

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Şimali Koreya nüvə sınaqlarının dayandırılması barədə çağırışları provokasiya adlandırıb

Bugün, 19:41
News thumbnail
Bugün
cemiyyet

Sabirabadda qəza

Bugün, 19:40
News thumbnail
Bugün
idman

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Bugün, 19:38
News thumbnail
Bugün
cemiyyet

"Birliyin Gücü - 2026": Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

Bugün, 19:36

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Bakıda “Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri olub- VİDEO

Bugün, 19:36
News thumbnail
Bugün
son xeberler

Azərbaycanda ilk “LEGO® Certified Store” “TORGROUP Global” tərəfdaşlığı ilə açılır

Bugün, 19:35
News thumbnail
Bugün
siyaset

Fövqəladə hadisələrlə bağlı mülki müdafiə məşqləri keçirilib

Bugün, 19:32
News thumbnail
Bugün
dunya

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Bugün, 19:32
News thumbnail
Bugün
cemiyyet

HƏMAS-ın daha bir komandiri zərərsizləşdirildi

Bugün, 19:31
News thumbnail
Bugün
son xeberler

Milyonluq mülkləri gündəm olan Qəzənfər Abdullayev

Bugün, 19:30
News thumbnail
huquq

Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO

News thumbnail
huquq

“Euronews” Alban-Udi xristianlarının Qarabağda Gəncəsər Monastırına ziyarətindən videoçarx yayımlayıb