Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: ABŞ və İran müharibəni mərhələli şəkildə başa çatd...--:--
News
Sikorskinin dünyanın silkələyən çıxışı: Sergey, bosuna ...--:--
News
“Aramızdakı rəqabət sağlam olmalıdır”--:--
News
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha...--:--
News
Almaniyanın yeni "siması": İqtisadi problemlər və Paşin...--:--
News
KİV: ABŞ və İran müharibəni mərhələli şəkildə başa çatd...--:--
News
Sikorskinin dünyanın silkələyən çıxışı: Sergey, bosuna ...--:--
News
“Aramızdakı rəqabət sağlam olmalıdır”--:--
News
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha...--:--
News
Almaniyanın yeni "siması": İqtisadi problemlər və Paşin...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

Azərbaycanda ilk “LEGO® Certified Store” “TORGROUP Global” tərəfdaşlığı ilə açılır

Bugün, 19:35
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Hüquqinfo.az” xəbər verir ki, “LEGO Group” və “TORGROUP Global” 3 oktyabrda ölkənin ilk “LEGO Certified Store”unun Bakıdakı açılışına hazırlaşır.

İnteraktiv fəaliyyətlər və LEGO ilə oynamaq imkanları təqdim edən mağazada müxtəlif mövzular və yaş qrupları üçün geniş məhsul seçimi olacaq.

İstər hədiyyə, istər ən yeni LEGO seti axtaran, istərsə də LEGO sevən birini sevindirməyi düşünən müştərilərə mağaza mütəxəssisləri (Brick Specialists) kömək edəcək.

“LEGO Group” və “TORGROUP Global” 3 oktyabrda Azərbaycanda ilk “LEGO Certified Store”u “PASHA Malls”un tərkibindəki “Gənclik Mall”da açacaq. Ölkənin ilk rəsmi LEGO mağazası uşaqlar, ailələr və bütün LEGO sevənlər üçün xəyal gücünü, yaradıcılığı və əyləncəni bir araya gətirən yeni bir məkan yaradır. Başqa sözlə, LEGO həyəcanını Azərbaycana gətirərək həm yerli sakinlərə, həm də şəhərin qonaqlarına orijinal satış təcrübəsi təqdim edir.

Yeni mağaza yaradıcılığı və əyləncəli oyunları ön plana çıxaran interaktiv bir mühit vəd edir. Burada ziyarətçiləri müxtəlif aktivliklər, mütəxəssislərin dəstəyi və geniş çeşiddə orijinal məhsullar gözləyir.

Yeni mağaza ziyarətçilərin birlikdə kəşf edib oynayacağı interaktiv satış məkanı kimi hazırlanıb. Mağazada qonaqları nələr gözləyir:

müxtəlif yaş qrupları üçün fərqli mövzularda geniş və orijinal məhsul seçimi, o cümlədən yalnız rəsmi LEGO mağazalarında təqdim olunan məhsullar və xüsusi təkliflər;

“Pick a Brick”, “Build a Minifigure”, LEGO pasportu və bir çox interaktiv fəaliyyətlər;

müştərilərə axtardığı LEGO setlərini və məhsulları tapmaqda kömək edən mütəxəssislər (Brick Specialists);

Mağazanın diqqətçəkən özəlliklərindən biri də Minifiqur Skaneridir. Belə ki, qonaqlar skanerin qarşısında dayanaraq özlərini LEGO minifiquru formasında görə biləcəklər. Bu interaktiv funksiya mağazanı sadəcə alış-veriş etmək yox, həmçinin fərdi və əyləncəli təcrübə yaşamaq üçün özəl bir məkana çevirir.

Yeni mağazada Azərbaycanın mədəniyyətindən və lokal simvollarından ilhamlanan xüsusi elementlər də yer alır. Burada valideynlər və uşaqlar birlikdə yarada, öyrənə, oynaya və LEGO parçalarının təqdim etdiyi saysız imkanları kəşf edə bilərlər.

“LEGO Group”un Türkiyə, Mərkəzi Asiya və Qafqaz regionları üzrə baş meneceri Esteban Davalos:

“Azərbaycanda ilk “LEGO Certified Store”un açılması brend təcrübəsinin ölkədə, xüsusilə, Bakıda genişlənməsi baxımından mühüm addımdır. Tərəfdaşımızla birlikdə uşaqların, ailələrin və hər yaşdan LEGO sevənlərin bir araya gəlib qura, yarada və oynaya biləcəyi bir məkan yaratmaqdan məmnunuq. LEGO ilə oynamağın sonsuz imkanları vasitəsilə təsəvvürü və yaradıcılığı dəstəkləməyi və Bakının bir hissəsinə çevrilməyi səbirsizliklə gözləyirik”.

“Azərbaycanda ilk rəsmi “LEGO Certified Store”un açılışı bizim üçün xüsusi bir mərhələdir və “TORGROUP Global”ın beynəlxalq inkişafında mühüm rol oynayır. “LEGO Group” və “PASHA Malls” ilə birlikdə əsl LEGO təcrübəsini Bakıya gətirməkdən qürur duyuruq. Məqsədimiz sadəcə mağaza açmaq yox, həmçinin Azərbaycandakı LEGO sevənlər üçün uşaqların, ailələrin və həvəskarların bir araya gəlib kəşf etdiyi və xatirələr topladığı bir məkan yaratmaqdır. Qazaxıstandakı fəaliyyətimizin ardınca Bakı LEGO brendinin regiondakı uzunmüddətli mövcudluğunu qurmaq yolunda növbəti vacib addımdır. Əsas məqsədimiz isə dəyişməz olaraq qalır: insanlarda təbəssüm yaratmaq”.

Bu xüsusi anı birlikdə qeyd etmək üçün bütün LEGO sevənlər 3 oktyabrdakı tədbirə dəvət olunur. Açılış günü qonaqları gözləyir:

“Azərbaycanda ilk rəsmi “LEGO Certified Store”u “Gənclik Mall”da qarşıladığımız üçün çox məmnunuq. LEGO ailə üzvlərini yaradıcılıq ətrafında bir araya gətirən və buna görə də ən sevilən brendlərdən biridir. Bu təntənəli açılışın məhz “Gənclik Mall”da baş tutmasından qürur duyur və inanırıq ki, mağaza Bakıda ailələr, uşaqlar və LEGO sevən hər kəs üçün əsas ünvana çevriləcək”.

“LEGO Group”un missiyası oyunların gücü vasitəsilə həvəskarları ilhamlandırmaq və dəstəkləməkdir. LEGO parçaları üzərində qurulan LEGO System in Play uşaqlara və LEGO sevənlərə xəyal etdikləri hər şeyi yaratmaq imkanı verir.

“LEGO Group” 1932-ci ildə Danimarkanın Billund şəhərində Ole Kirk Kristiansen tərəfindən təsis olunub. Şirkətin adı dan dilində “yaxşı oyna” mənasını verən “LEg GOdt” ifadəsindən yaranıb. Baş ofisi Billundda yerləşən “LEGO Group” bu gün də ailə şirkəti olaraq fəaliyyətini davam etdirir və məhsulları 120-dən çox ölkədə satılır. Ətraflı məlumat üçün: www.lego.com

“TORGROUP Global” müxtəlif bazarlarda yüksəksəviyyəli pərakəndə satış təcrübəsi və uzunmüddətli LEGO icmaları yaratmağa fokuslanan beynəlxalq LEGO Certified Store tərəfdaşıdır. Şirkətin əsas fəlsəfəsi “Making People Smile (İnsanlarda təbəssüm yaratmaq)” prinsipinə əsaslanır.

Yerli bazar üzrə ekspertizanı, eləcə də premium satış və immersiv brend təcrübələrini bir araya gətirən “TORGROUP Global” ailələrin və LEGO sevənlərin birlikdə oynaya, kəşf edə və yaddaqalan xatirələr yarada biləcəyi məkanlar yaradır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

Mülkləri ilə gündəm olan Qəzənfər Abdullayev

News thumbnail
son xeberler

Milyonluq mülkləri gündəm olan Qəzənfər Abdullayev

News thumbnail
son xeberler

Yeni “Apple” smartfonlarının satış gecəsində “Bolt” ilə 25% endirimli səfər imkanı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Vitse-spiker: Azərbaycanın siyasi dəstəyi Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir

Bugün, 19:50
News thumbnail
Bugün
siyaset

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Bugün, 19:45
News thumbnail
Bugün
dunya

“İrəvan “Aİİ, yoxsa Aİ” seçimini etməlidir”

Bugün, 19:45
News thumbnail
Bugün
dunya

Çin və ABŞ tarixi məsuliyyət daşıyır - Szinpin

Bugün, 19:42

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Şimali Koreya nüvə sınaqlarının dayandırılması barədə çağırışları provokasiya adlandırıb

Bugün, 19:41
News thumbnail
Bugün
cemiyyet

Sabirabadda qəza

Bugün, 19:40
News thumbnail
Bugün
idman

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Bugün, 19:38
News thumbnail
Bugün
cemiyyet

"Birliyin Gücü - 2026": Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

Bugün, 19:36
News thumbnail
Bugün
siyaset

Bakıda “Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri olub- VİDEO

Bugün, 19:36
News thumbnail
Bugün
siyaset

Fövqəladə hadisələrlə bağlı mülki müdafiə məşqləri keçirilib

Bugün, 19:32
News thumbnail
son xeberler

Sürəti sevənlərin

News thumbnail
son xeberler

Formula 1-dən rəngli