Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkəti...--:--
News
Afrika gözləniləndən daha sürətlə parçalanır--:--
News
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsm...--:--
News
Viza müddətini aşanlar saxlanılacaq--:--
News
Kuba yeddinci dəfə qaranlığa qərq oldu--:--
News
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkəti...--:--
News
Afrika gözləniləndən daha sürətlə parçalanır--:--
News
KİV: İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı rəsm...--:--
News
Viza müddətini aşanlar saxlanılacaq--:--
News
Kuba yeddinci dəfə qaranlığa qərq oldu--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

100-cü qolunu vurub Bundesliqada tarix yazdı

Bugün, 03:05
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqada 100-cü qolunu vuraraq tarixə düşüb.

“Hüquqinfo.az” xəbər verir ki, 33 yaşlı ingiltərəli futbolçu bu göstəriciyə cəmi 98 oyunda çatıb və bununla Bundesliqada 100 qola ən tez çatan futbolçu olub.

Keyn rekordu “Bavariya”nın “Union Berlin” üzərində 7:0 hesablı qələbəsi zamanı müəyyənləşdirib. O, 39-cu dəqiqədə penaltini dəqiq yerinə yetirərək 100-cü qolunu vurub. Hücumçu ikinci hissədə daha bir dəfə fərqlənərək Bundesliqadakı qollarının sayını 101-ə çatdırıb.

Keyn bununla 1970-ci illərdə “Köln”də çıxış etmiş Diter Müllerin 129 oyunluq rekordunu əhəmiyyətli dərəcədə yeniləyib.

“Bundesliqada 100 qol həddinə çatmaqdan çox qürur duyuram. Mən bunu Premyer Liqada da etmişdim və indi başqa bir liqada buna nail olmaq mənim üçün xüsusi hissdir”, – Keyn bildirib.

İngiltərə millisinin kapitanı 2023-cü ilin yayında “Tottenhem Hotspur”dan “Bavariya”ya keçib. O, Almaniyadakı ilk mövsümündə 36, 2024-2025 mövsümündə 26, ötən mövsüm isə 35 qol vuraraq hər üç mövsümdə Bundesliqanın bombardiri olub.

Keyn daha əvvəl “Bavariya”da da sürətli qol rekorduna imza atıb. O, 2025-ci ilin sentyabrında klubdakı 104-cü oyununda 100-cü qolunu vuraraq XXI əsrdə Avropanın beş aparıcı liqasında bir klub üçün bu həddə ən tez çatan futbolçu olmuşdu.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 61 qol vurub. “Bavariya” isə həmin mövsüm Bundesliqada 112 qol vuraraq çempionat rekorduna imza atıb.

Keyn həmçinin İngiltərə millisinin tarixində ən çox qol vuran futbolçudur. O, bu yay keçirilən Dünya Çempionatında milli komandadakı qollarının sayını 70-ə çatdırıb.

İngiltərəli hücumçu oktyabrın 26-da qalibinin açıqlanacağı “Qızıl top” mükafatının əsas namizədləri arasında göstərilir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

Terimdən Osimhen, İkardi və Leao ilə bağlı diqqətçəkən sözlər

News thumbnail
idman

Bundesliqa: "Bavariya" 4-cü tur matçında "Union"u darmadağın edib

News thumbnail
idman

Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

Bugün, 02:02
News thumbnail
Bugün
dunya

Rusiya hələ də Türkiyədən cavab gözləyir

Bugün, 01:50
News thumbnail
Bugün
dunya

Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib

Bugün, 01:41
News thumbnail
Bugün
iqtisadiyyat

"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb

Bugün, 01:34

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Kanada 2026-cı ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Bugün, 01:30
News thumbnail
Bugün
dunya

Rusiya Suma KAB-la zərbə endirdi: ölənlər var

Bugün, 01:30
News thumbnail
Bugün
siyaset

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

Bugün, 01:25
News thumbnail
Bugün
siyaset

Trampdan husilərlə bağlı mühüm açıqlama...

Bugün, 01:20
News thumbnail
Bugün
siyaset

Bağça müəllimlərinin sertifikatlaşdırılması ilə bağlı açıqlama

Bugün, 01:18
News thumbnail
Bugün
iqtisadiyyat

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Bugün, 01:11
News thumbnail
idman

PSJ və “Barselona” arasında nəhəng barter

News thumbnail
idman

Çeferin İnfantinodan FIFA üzvlərinin hər birinə 10 milyon dollar ödəməyi tələb edib