
Hüquqinfo.az bildirir ki,
Səhər tezdən dərsə, işə getmək xüsusən yeniyetmələrdə bioloji ritmin pozulmasına, yuxu pozğunluğuna və psixi problemlərə səbəb ola bilər.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə Oksford Universiteti alimlərinin araşdırmasının nəticəsində sübut edilib.
Alimlər 14-17 yaşarası tələbə və şagirdlərin dərs saatı ilə uğur və sağlamlıq göstəricilərinin dəyişməsini izləyib. Dərslərin saat 8:45-dən 10:00-a qaldırılması akademik uğurların artmasına səbəb olub.
Alimlər bu qənaətə gəliblər ki, erkən dərs və ya iş bioloji sirkad ritmə ziddir, az yatmaq nəticəsində orqanizmdə stress hormonu artır.










