
Hüquqinfo.az bildirir ki,
Azərbaycan çempionatı yeni başlasa da, milli komandaya çağırılan futbolçular yaxşı formadadırlar.
"Çempionat təzə başlayıb və gördüyüm qədər yığmaya dəvət edilən oyunçular yaxşı formadadırlar. Qalır təkcə Ayxan Abbasovun onları inandırıb qələbəyə kökləməsi", - mütəxəssis bildirib.
"İki il əvvəl Tacikistandan olan futbolçu ilə çalışmışam. Milli komandanı həmin dövrdə də izlədiyim üçün deyə bilərəm ki, atletik heyətə malikdirlər. Yaxşı, güclü oyunçuları var. Hazırkı durumlarını, sözün açığı, bilmirəm. Azərbaycan millisinə ilk matçda uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı bu gün, saat 20:00-da 8-ci kilometr qəsəbə stadionunda start götürəcək.









