








Hüquqinfo.az bildirir ki,
Azərbaycan I Liqasının III turunun "Karvan-Yevlax" – "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimələnib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Sözügedən insident sentyabrın 16-da keçirilən qarşılaşmanın 6-cı dəqiqəsində qeydə alınıb.









