Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycanda yeni balıq növləri tapıldı--:--
News
Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir--:--
News
“Fənərbaxça” ilə oyuna 1 saat ərzində 5 mindən çox bile...--:--
News
DYP-dən xəbərdarlıq: bu texnikalar ciddi təhlükədir!--:--
News
Nazirliyin qəbul cədvəlindəki dəyişiklik müzakirə yarat...--:--
News
Azərbaycanda yeni balıq növləri tapıldı--:--
News
Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir--:--
News
“Fənərbaxça” ilə oyuna 1 saat ərzində 5 mindən çox bile...--:--
News
DYP-dən xəbərdarlıq: bu texnikalar ciddi təhlükədir!--:--
News
Nazirliyin qəbul cədvəlindəki dəyişiklik müzakirə yarat...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

“Azərbaycanda milliyə çox təzyiq yoxdur”

Bugün, 12:43
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas Millətlər Liqasının D qrupundakı qarşıdakı oyunlar, o cümlədən Azərbaycanla matç haqda danışıb.

“Hüquqinfo.az” xəbər verir ki, o, yerli mətbuata müsahibəsində maraqlı açıqlamalar verib:

E.Yankauskas əvvəlcə Azərbaycana qarşı keçirəcəkləri oyunu dəyərləndirib: “Rəqib kim olursa-olsun, məqsədimiz eynidir – qələbə qazanmaq istəyirik. Dəqiq bilirəm ki, asan oyun olmayacaq və heç kim qələbələri bizə asanlıqla hədiyyə etməyəcək. Bizi həqiqətən çətin mübarizə gözləyir. Buna hazır olmaq lazımdır. Rəqibin də böyük ehtimalla eyni məqsədləri olacaq”.

Litvalı çalışdırıcı əcnəbi limiti barədə danışarkən Azərbaycan çempionatına toxunub: “Əvvəla, qarşılaşacağımız bütün müsbət və mənfi cəhətləri düşünməyi, öncədən təhlil etməyi təklif edirəm. Əvvəlcə bir az daha çətin ola bilər... Oyunçu inkişafına, akademiyamıza daha çox diqqət yetirməliyik, eyni zamanda daha çox oyunçuya ehtiyacımız var.

Məsələn, Azərbaycan limitdən imtina etdi və onların klubları Çempionlar Liqasında çıxış edir, bəs onlarda nə qədər yerli oyunçu oynayır? Milli komanda üçün tələblər nədir? Düşünürəm ki, Azərbaycanda prioritet klub futboludur, milli komandaya çox təzyiq yoxdur. Onlar bu yolu seçiblər. Düşünürəm ki, bizimki fərqli olmalıdır. Milli komandanın təzyiqi, tələbləri və gözləntiləri burada daha yüksəkdir”.

Yankauskas “Sabah”la Çempionlar Liqasının əsas mərhələsində çıxış edən həmyerlisi, Azərbaycan klubunun baş məşqçisi Valdas Dambrauskas barədə də fikirlərini bildirib: “Valdasın nailiyyəti fenomenaldır. Mən bunu elit çempionatda elit komandaya düşən futbolçunun uğuru ilə müqayisə edərdim. Bu, belə bir şeyin mümkün olduğunu göstərir. Hər şeyin real olduğunu və bunun hansısa nağıl olmadığını göstərir. Bu, faktdır. Valdas bunu bacardı. O, növbəti dəfə özünün əla mütəxəssis olduğunu sübut etdi. Komandanın gücü bəlkə də o qədər də vacib deyil. Əsas odur ki, düzgün istiqamətdə işləyəsən və klub rəhbərliyi ilə yaxşı əlaqən olsun. Belə olduqda bu cür məqsədlərə də çatmaq mümkündür.

“Azərbaycan çempionlarına rəhbərlik edən Valdas Dambrauskas Azərbaycan millisinin analizinə kömək edə bilərmi?” sualına məşqçi belə cavab verib: “Mən Azərbaycan çempionatı ilə yaxşı tanışam. Bəlkə Valdasla ayrıca söhbətimiz də olacaq və o, bizə bir neçə fikir verəcək. Bilirəm ki, o, milli komandamızı çox dəstəkləyir və yəqin ki, bizə faydalı ola biləcək detalları gizlətməyəcək”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

Rafinya - Yamal cütlüyü "Barselona"da XXI əsrdə ən yüksək göstəriciyə imza atıblar

News thumbnail
idman

“Sabah” - “Barselona” matçına bilet almaq istəyənlərə şad xəbər

News thumbnail
idman

AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı

Bugün, 13:01
News thumbnail
Bugün
siyaset

Kəmaləddin Heydərov Qırğız Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Bugün, 13:00
News thumbnail
Bugün
siyaset

Kəmaləddin Heydərov Qırğızıstan səfiri ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib

Bugün, 12:58
News thumbnail
Bugün
iqtisadiyyat

Özəl tibb müəssisəsi 6 min, direktoru 3 min manat cərmələnib

Bugün, 12:55

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Kobaxidze ilə Ərdoğan Nyu Yorkda görüşdü

Bugün, 12:55
News thumbnail
Bugün
cemiyyet

"Araz Supermarket" barədə protokol tərtib olunub

Bugün, 12:54
News thumbnail
Bugün
huquq

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb

Bugün, 12:53
News thumbnail
Bugün
iqtisadiyyat

Bakıda klinika ali tibb təhsili olmayan şəxsin apardığı estetik əməliyyata görə 29 min manat cərimələnib

Bugün, 12:53
News thumbnail
Bugün
siyaset

Növbəti köç karvanı Xankəndi və bu rayonlara çatdı

Bugün, 12:53
News thumbnail
Bugün
son xeberler

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub, açarlar təqdim olunub - FOTO

Bugün, 12:50
News thumbnail
idman

Azərbaycanlı şahmatçı Fransa çempionu oldu

News thumbnail
idman

“Sabah”ın qapıçısı millidə belə qarşılandı