










Hüquqinfo.az bildirir ki,
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Barselona" klubunun futbolçuları Rafinya və Lamin Yamal cütlüyü məhsuldarlıq baxımından komandanın XXI əsrdə La Liqadakı ilk 7 turunda ən yüksək göstəricisinə imza atıblar.
"Hüquqinfo.az" Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı və ispaniyalı hücumçular çempionatda geridə qalan 7 matçda ümumilikdə 26 qolda iştirak ediblər.
Rafinya hesabına 12 qol və 3 məhsuldar ötürmə yazdırıb. Lamin Yamal isə 7 dəfə fərqlənib və 4 məhsuldar ötürmə müəllifi olub. La Liqada bu göstəriciyə görə onlara ən yaxın cütlük "Real"ın futbolçuları Kilian Mbappe və Cud Bellinqemdir (10 qol, 4 məhsuldar ötürmə).
Kataloniya klubunun ön xətt oyunçuları hər matçda ortalama 3,71 qolda iştirak etməklə təkcə İspaniyada deyil, qitənin 5 böyük liqasında da birincidirlər. Onlar hər matçda orta hesabla 2 qolda iştirak edən "Real"dan K.Mbappe - C. Bellinqem, "Çelsi"dən (İngiltərə) Joao Pedro - Morqan Rocers, "Mançester Siti"dən (İngiltərə) Erlinq Holann - Rayan Şerki və "Roma"dan (italiya) Doni Malen - Paulo Dibala tandemini böyük fərqlə üstələyiblər.
Qeyd edək ki, daha əvvəl İspaniya təmsilçisində Lionel Messi və Sesk Fabreqas (2011/2012 mövsümü) 23, Messi və Neymar (2014/2015 mövsümü) 21, Messi və Zlatan İbrahimoviç (2009/2010 mövsümü) 20, Messi və Pedro (2013/2014 mövsümü) tandemləri 18 qolda pay sahibi olmuşdular.










