
Hüquqinfo.az bildirir ki,
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan “Qarabağ”ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib.
“Hüquqinfo.az” xəbər verir ki, ulduz müdafiəçi Misli Premyer Liqasının VI turu çərçivəsində bu gün keçirilən və “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatan “Qarabağ” – “Şəfa” matçını tribunadan izləyib.
Əlində əsa ilə görüntülənən milli komandamızın da üzvü olan futbolçunun hərəkət etməkdə çətinlik çəkdiyi diqqətdən qaçmayıb.
Qeyd edək ki, həkimlərin rəyinə əsasən, Elvin Cəfərquliyevin zədəsini tam sağaltması, fiziki formasını bərpa etməsi və fəaliyyətinə qayıtması təxminən 3 ay vaxt aparacaq. Bununla belə, futbolçunun yaşıl meydanlara dönüş müddəti aparılan reabilitasiya prosesinin gedişindən asılı olaraq da dəyişə bilər.










