Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Moskvada attraksionda nasazlıq oldu--:--
News
Ermənistana daha bir xəbərdarlıq: Təhlükədə deyil, laki...--:--
News
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz...--:--
News
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 ...--:--
News
Azərbaycanda təmayül tədris modeli tətbiq olunan məktəb...--:--
News
Moskvada attraksionda nasazlıq oldu--:--
News
Ermənistana daha bir xəbərdarlıq: Təhlükədə deyil, laki...--:--
News
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz...--:--
News
İstanbulda söküntü zamanı binanın bir hissəsi çöküb, 2 ...--:--
News
Azərbaycanda təmayül tədris modeli tətbiq olunan məktəb...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Bugün, 22:14
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir təşkil edib.

"Hüquqinfo.az" xəbər verir ki, "Sağ qalmaqdan kənarda – ləyaqətin bərpası və hüquqların geri qaytarılması" adlı tədbir "Universal İnsan Hüquqları" təşkilatı və Əlcəzairin BMT yanında Cenevrə missiyası ilə birgə keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, Bakı hələ 2024-cü ildə mina qurbanlarının fundamental hüquqlarının bərpasına yönəlmiş xüsusi təşəbbüslə çıxış edib. Onun sözlərinə görə, bu təşəbbüsün nəticəsi olaraq 2025-ci ildə İnsan Hüquqları Şurasında "Piyadalar əleyhinə minaların bütün insan hüquqlarının tam həyata keçirilməsinə təsiri" adlı qətnamə qəbul edilib.

Diplomat mina qurbanlarının hüquqlarının yalnız tanınmasından onların praktik şəkildə təmin edilməsinə keçidi nəzərdə tutan yeni qətnamənin qəbul edilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın üzləşdiyi mina probleminin miqyasına diqqət çəkərək bu sahədə beynəlxalq əməkdaşlığın və mina qurbanlarına dəstəyin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tədbirdə Əlcəzair, Mozambik və Uqandanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndələri, həmçinin BMT-nin Mina Əleyhinə Fəaliyyət Xidmətinin (UNMAS), Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Müzakirələr zamanı mina qurbanlarının tibbi və psixoloji reabilitasiyası, onların sosial və iqtisadi həyata reinteqrasiyası, həmçinin mina çirklənməsinin iqlim dəyişikliyi və insan hüquqları ilə əlaqəsi əsas müzakirə mövzuları olub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Ermənistana daha bir xəbərdarlıq: Təhlükədə deyil, lakin...

News thumbnail
siyaset

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi”

News thumbnail
siyaset

Lukaşenkonun kanalı oğurlandı, erotik paylaşımlar etdilər

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

Çeferin İnfantinodan FIFA üzvlərinin hər birinə 10 milyon dollar ödəməyi tələb edib

Bugün, 22:28
News thumbnail
Bugün
siyaset

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi”

Bugün, 22:27
News thumbnail
Bugün
dunya

Rusiya 300 min nəfəri orduya səfərbər edir? - Kreml açıqladı

Bugün, 22:24
News thumbnail
Bugün
idman

Elvin uzun müddət sonra belə görüntüləndi

Bugün, 22:08

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

Bugün, 21:57
News thumbnail
Bugün
iqtisadiyyat

Bakının mərkəzi küçələrindən biri bağlanır

Bugün, 21:56
News thumbnail
Bugün
iqtisadiyyat

"Neftçi"dən inamlı, "Qarabağ"dan çətin qələbə

Bugün, 21:47
News thumbnail
Bugün
siyaset

Lukaşenkonun kanalı oğurlandı, erotik paylaşımlar etdilər

Bugün, 21:45
News thumbnail
Bugün
idman

“Qarabağ” “Şəfa”ya qalib gəldi

Bugün, 21:40
News thumbnail
Bugün
siyaset

Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum

Bugün, 21:39
News thumbnail
siyaset

Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum

News thumbnail
siyaset

Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı