
Hüquqinfo.az bildirir ki,
FIFA-nın 5,13 milyard avro məbləğində ehtiyat vəsaitinin daha əhəmiyyətli hissəsi təşkilata üzv assosiasiyalar arasında bölüşdürülə bilər.
"Hüquqinfo.az" xəbər verir ki, bu məlumatı qurumun prezidenti Canni İnfantino açıqlayıb.
FIFA-nın rəhbəri 6 qitə konfederasiyasına bu məsələ ilə əlaqədar müraciət məktubu ünvanlayıb.
İnfantino əlavə maliyyə dəstəyinin təmin olunmasına tərəfdar olduqlarını qeyd edib. Məktub sentyabrın 28-də konfederasiyalara çatdırılıb.
Bu təklif oktyabrın 15-də keçiriləcək toplantıda FIFA Şurası tərəfindən müzakirə ediləcək.










