
Hüquqinfo.az bildirir ki,
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Millətlər Liqasında Litvaya qarşı sabah keçiriləcək matçdan danışıb.
“Hüquqinfo.az” xəbər verir ki, bunu Ayxan Abbasov mətbuat konfransında səsləndirib.
“Bura Tacikistana qarşı yoxlama oyunundan sonra gəlmişik. Litva ilə matça yaxşı hazırlaşmışıq. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq”.
“Güclü komandaya qarşı oynayacağıq. Litva ilk matçda qələbə qazanıb. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edirlər. Amma futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanarıq”.
Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.










