
Hüquqinfo.az bildirir ki,
Yunanıstanın paytaxtı Afinanın Plaka rayonunda yaşayış binasında baş verən güclü partlayış nəticəsində 6 nəfər ölüb.
Bildirilib ki, partlayış nəticəsində üçmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb. Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb və onların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə iş aparılır.
Məlumata görə, ölənlər arasında binanın yuxarı mərtəbəsində yaşayan yaşlı cütlük və birinci mərtəbədə qısamüddətli kirayə mənzildə qalan dörd ABŞ vətəndaşı olub.
Partlayışın səbəbləri araşdırılır. İlkin məlumatlarda hadisənin qaz sızması ilə əlaqəli ola biləcəyi bildirilib. Partlayış nəticəsində yaxınlıqdakı binalara, mağazalara və avtomobillərə də ziyan dəyib.










