Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən...--:--
News
Zelenski və Tramp arasında Nyu-Yorkda görüş olub--:--
News
Ərdoğan ilə Quterreş qlobal məsələlər ətrafında fikir m...--:--
News
Azərbaycan cüdoçuları Sarayevoda beynəlxalq turnirdə iş...--:--
News
Cəlilabadda "Mercedes" at arabası ilə toqquşub, xəsarət...--:--
News
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən...--:--
News
Zelenski və Tramp arasında Nyu-Yorkda görüş olub--:--
News
Ərdoğan ilə Quterreş qlobal məsələlər ətrafında fikir m...--:--
News
Azərbaycan cüdoçuları Sarayevoda beynəlxalq turnirdə iş...--:--
News
Cəlilabadda "Mercedes" at arabası ilə toqquşub, xəsarət...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

“Mahiri komandanın lideri olacağına inandırıblar”

Bugün, 21:25
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ilk dəfədir qısa vaxtda ardıcıl 4 oyun olacaq”.

“Hüquqinfo.az” xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Tacikistanla keçiriləcək yoldaşlıq oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

“Heyəti geniş etdik. Rəqib 2026-cı ildə uduzmayıb. Futbolçularımızın bəziləri komandaya gec qoşuldu. 4-5 oyunçu var ki, bu gün ilk məşqini keçirəcək. Legionerlərimiz gec gəldi. Anton Krivotsyuk və Cəlal Hüseynov məşqdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Tək bu oyunu yox, 4 oyunluq plan tutmuşuq. Sabah yaxşı oynayıb, qalib gəlmək istəyirik. Rotasiyalı heyətlər olacaq. Yenilər var, istəyirik ki, onlar da millini hiss etsinlər. Tacikistanla matçdan sonra 3 ağır oyun olacaq. Sabah hazırlığımızı bu oyunlara görə quracağıq. İnanıram ki, meydanda olan hamı əlindən gələni edəcək. Sabah qalib gəlmək istəyirik”.

- Rəqib kimi Tacikistan yığmasını seçməyinizin səbəbi nədir? Litva və Lixtenşteynlə oxşarlıqları var?

- Yoldaşlıq görüşləri məcburdur. Biz D Liqasındayıq. Lixtenşteyn Litva ilə qarşılaşacaq, boş rəqib tapmaq olmur. Məcburuq Asiya ölkələrinə üz tutaq. Bakıya gəlməyə razılıq verdilər. Bir-birimizə yaxınıq. Lixtenşteyn, Litva bir az fərqli komandadır. Yaydakı toplanışda da rəqibləri qrupumuzdakılara görə seçmişdik, Malta və San-Marinonu... Nə qədər müqayisə etsək də, eyni olmur. Bizə lazımdır ki, belə komandalara qarşı matçlarda oyunumuzu artıraq. Qol epizodlarımız çoxdur, istifadə edə bilmirik. Millimizə güvən lazımdır.

- Komanda fiziki planda nə qədər tab gətirə biləcək? Bu matçların cəmi birinin səfərdə olması üstünlükdür?

- Bəli, bir oyunun səfərdə olması üstünlükdür. 5,5 saatlıq uçuş var. Bunu bir aydır təhlil edirik. Klublarında daim oynayanlara çox yük düşəcək. Mahir Emrelinin komandası avrokuboklarda çıxış edirdi, təxirə salınmış oyunları var. Bir aya 10-12 oyun edir. Bu da futbolçunun zədələnməsi ehtimalını çoxaldır. Rəhman Daşdəmirov, Rüfət Abbasovu da qeyd etmək olar. Onları rotasiya etməyi fikirləşirik. Ona görə də fərqli heyətlər olacaq. Çalışacağıq ki, düzgün seçim edək. Elə oyunçu olacaq ki, 4 oyunda da oynayacaq. Çünki komandanın sütunları var.

- Nəriman Axundzadənin hazırlıq durumu qənaətbəxş olmadı ki, U-21 yığmasına yollandı?

- Bütün futbolçular nəzarətdədir. Sevindik ki, Nəriman Super Liqaya gəldi, ABŞ-də daha az şans qazanırdı. Yay toplanışında özü də xoşbəxt olmadığını demişdi. “Ərzurumspor”da şans qazanmır. Səbəb bəlli deyil. Özü ilə də danışırıq. Məşqlərdə maksimumunu qoyur. Təəssüf ki, başqa çempionatlarda yanaşma başqadır, öz mövqeyində gərək yerlidən iki baş güclü olasan. Bizdə isə tam fərqlidir. Nəriman oynamalıdır. Üzərində işləyir. Son matçlarda bir dəqiqə belə oynamayıb. Qərara gəldik ki, U-21-də olsa, daha yaxşı olar, özünə gələr.

- Martda Şahruddini zədəli halda çağıranda demişdiniz ki, komandanın kapitanı və lideridir. Amma indi sağlamdır, dəvət etməmisiz. Nə dəyişdi ki, dəvət etmədiz? Səlahət Ağayev deyib ki, dəvət almamağımda kənar amillər var. Rəvan Mirzəmmədov Səlahətdən güclüdür?

- Adlara toxunsaq, hərənin öz namizədi olacaq. Emil Balayev “Neftçi”də, Aydın Bayramov “Zirə”də əsas heyətdə çıxış edir. Rəvan isə perspektivli gəncdir, “Sabah”ın heyətində 2 oyunda çox yaxşı çıxış edib. Şahruddin millimiz üçün önəmli qapıçıdır, ən yaxşı qapıçıdır. Amma biz onu zədəli olanda yoldaşlıq görüşləri üçün çağırmışdıq. Digər futbolçuları da milliyə qazandırmaq istədik. Fikirləşirdik ki, Şahruddinə çempionatda şans veriləcək. Təəssüf ki, olmadı. O da milli karyerasını fikirləşməlidir.

Səlahət çox yaxşı insandır, peşəkardır. Səlahəti bir neçə ildən sonra milliyə qaytaran biz olmuşuq. 5-6 il milliyə dəvət olmamışdı. Ancaq biz “Qəbələ”dən dəvət etdik. Həmin vaxt “Qəbələ” son pillələrdə gedirdi. Ancaq biz ona şans verdik. Səlahət yenə də siyahımızda idi. Amma gənclərə də yol açmaq lazımdır. Həmişə danışanda deyirik ki, millidə gənclərə yol açmalıyıq. Oruc Məmmədov, Edqar Adilxanov kimi yeni oyunçular tapmaq lazımdır. Millini hiss etməlidirlər. Rüfət Abbasovu hamımız tərifləyirik, amma onun keçdiyi yola baxmalıyıq.

- Mahir Emrelini izləmək üçün Polşaya gedəndə sizə reaksiyalar fərqli oldu. Bunu gözləyirdiz?

- Bizdə nə etsən, yaxşı mənada reaksiyalar olur. Hərdən fikirləşirsən ki, nə edim? Millinin məşqçisi iki yerdə işləyəndə deyirlər ki, vaxt çatdırmırsan milliyə. İşini görürsən, futbolçunu izləməyə gedirsən, deyirlər ki, gəzməyə gedib. Sanki Avropanı görməmişik. Hansı komandalara getmişiksə, orada futbolçuya fikir dəyişib. Polşa klubunda olduq, klub prezidenti ilə görüşdük, Mahir haqda onlardan o sözləri eşitmək məni sevindirirdi. Mahiri komandanın lideri olacağına inandırıblar. Onu gələcəkdə birdəfəlik almaq istəyirlər. Digər oyunçular haqda bizdən soruşdular. Burada pis bir şey yoxdur. “Bursaspor”da da olduq. Toraldan çox şey gözləyirlər, adaptasiya gedir. Bu işimizdir, etməliyik.

- Əslində, başqa təklifləri var idi. Amma “Bursaspor”u seçdi. Onu da orada izləmişik. Məsələn, son matçda 37 dəqiqə oynadı, iki dəfə baxmışam oyuna. Nəyə görə 37-ci dəqiqədə onu əvəzlədilər? İki legioneri dəyişib, iki yerli oyunçu buraxdılar meydana. Bəlkə öz millətlərinə qarşı sevgi daha çoxdur. Toral milliyə həvəsli gəlib, bizim üçün dəyərli oyunçudur.

- Litva millisinin baş məşqçisi Edqaras Yankauskas deyib ki, Azərbaycanda prioritet klub futboludur, milli komandaya çox təzyiq yoxdur. Bunu da legioner limiti ilə əlaqələndirib. Razısız?

- Oxudum fikrini. Azərbaycanda milliyə təzyiq yoxdur deyib. Bizdəki təzyiqin heç yarısı Litvada yoxdur. Bir çox ölkələri qeyd etmək olar ki, milliyə fikir vermirlər, büdcələr o deyil. Biz də bunun bəhrəsini görmüşük. Hər il Çempionlar Liqasında komandamız çıxış edir, böyük klublar Azərbaycana gəlir. Litva və ya başqa ölkələrin klubları bu nəticələri əldə edə bilmirlər. O mövqedən yanaşır ki, bizim çempionatda yaxşı oyunçular var. Çempionatımızın yaxşı görünməməsinin səbəbi stadionlar, işıqlar və azarkeşdir. Polşa liqasına baxırıq. Klub deyir ki, polşalı oyunçu transfer edə bilmirik, Avropaya getmək istəyirlər. Gəncədəki oyuna televiziyadan baxsanız, “Kəpəz”in kimlə oynadığı yazılmasa, başqa matç kimi görünə bilər. Bunun üzərində çalışmaq lazımdır ki, bizim liqa da daha yaxşı olsun.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

Azərbaycan cüdoçuları Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər

News thumbnail
idman

“Tamstore” marketlər şəbəkəsində iş imkanları sizləri gözləyir

News thumbnail
idman

"Naxçıvan" klubu ABŞ-li basketbolçu Ceremi Hayesi transfer edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Dağ-mədən sənayesinin inkişafı yeni sənaye zəncirlərinin formalaşdırılmasına xidmət edir - RƏY

Bugün, 21:51
News thumbnail
Bugün
siyaset

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Bugün, 21:50
News thumbnail
Bugün
dunya

Yalçın Rəfiyev BMT Baş Assambleyasında müxtəlif mövzularda çıxış edib

Bugün, 21:48
News thumbnail
Bugün
cemiyyet

Naxçıvanda avtomobil piyadaları vurub

Bugün, 21:39

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Prezident İlham Əliyevin sosial media hesablarında işğal dövründə məhv edilən meşələrlə bağlı videoçarx paylaşılıb

Bugün, 21:39
News thumbnail
Bugün
son xeberler

“BEMM.COM.AZ” – Beynəlxalq Elektron Mətbuat Media Platformasının Təsis Bəyanatı və Məramnaməsi

Bugün, 21:38
News thumbnail
Bugün
idman

“Tamstore” marketlər şəbəkəsində iş imkanları sizləri gözləyir

Bugün, 21:35
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov isveçrəli həmkarı İqnasio Kassislə görüşüb

Bugün, 21:31
News thumbnail
Bugün
idman

"Naxçıvan" klubu ABŞ-li basketbolçu Ceremi Hayesi transfer edib

Bugün, 21:26
News thumbnail
Bugün
siyaset

“Yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq”

Bugün, 21:25
News thumbnail
idman

“Valdas bizim haqqımızda nə məlumat verə bilər?”

News thumbnail
idman

Rəhman Daşdəmirov: "Tacikistan yığmasını yaxşı təhlil etmişik"