Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb--:--
News
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid ...--:--
News
Tramp: ABŞ və İran arasında BMT Baş Assambleyası çərçiv...--:--
News
"Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb--:--
News
Tramp Putinlə yenidən görüşəcəyini istisna etməyib--:--
News
Abbas Əraqçi Ceyhun Bayramovla görüşüb--:--
News
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid ...--:--
News
Tramp: ABŞ və İran arasında BMT Baş Assambleyası çərçiv...--:--
News
"Borussiya" klubu yeni baş məşqçisini açıqlayıb--:--
News
Tramp Putinlə yenidən görüşəcəyini istisna etməyib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Dağ-mədən sənayesinin inkişafı yeni sənaye zəncirlərinin formalaşdırılmasına xidmət edir - RƏY

Bugün, 21:51
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanın iqtisadi inkişaf strategiyasında əsas məqsədlərdən biri ölkənin təbii və iqtisadi potensialından səmərəli istifadə olunmaaqla qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin etməkdir. Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə də bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Bu barədə "Hüquqinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Dövlət Proqramı ilk növbədə ölkənin zəngin mineral-xammal ehtiyatlarının iqtisadi dövriyyəyə daha fəal cəlb edilməsini nəzərdə tutur:

"Burada əsas məsələ yalnız filiz hasilatının artırılması deyil, hasil olunan xammalın ölkə daxilində emal olunması, daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi və bununla da bütöv sənaye zəncirinin formalaşdırılmasıdır. Bu yanaşma Azərbaycanın son illər həyata keçirdiyi iqtisadi siyasətin məntiqi davamıdır. İndiyədək imzalanmış dövlət proqramları ölkənin müxtəlif sahələrində inkişafın sistemli xarakter almasına, regionların iqtisadi potensialının üzə çıxarılmasına, müasir infrastrukturun yaradılmasına və sənaye müəssisələrinin fəaliyyətinin genişlənməsinə mühüm imkanlar yaradıb. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ölkənin bütün bölgələrində iqtisadi fəallıq üçün yeni şərait formalaşıb. Bu gün həmin infrastruktur bazası yeni sənaye layihələrinin reallaşdırılması üçün mühüm üstünlükdür.

Enerji, nəqliyyat, logistika və kommunal infrastrukturların inkişafı, regionlarda sənaye zonalarının yaradılması, sahibkarlığın dəstəklənməsi və investisiya mühitinin yaxşılaşdırılması dağ-mədən və metallurgiya sahəsində böyük layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır".

Deputat bildirib ki, bu gün Azərbaycanın qarşısında tamamilə yeni imkanlar açılıb:

"Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, həmin ərazilərin iqtisadi potensialının öyrənilməsi və dövriyyəyə cəlb olunması da həyata keçirilir. Böyük Qayıdış yalnız insanların doğma yurdlarına qayıdışını deyil, həm də həmin ərazilərin iqtisadi həyatının yenidən canlandırılmasını nəzərdə tutur. Bu baxımdan geoloji kəşfiyyat işlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Müasir texnologiyalar əsasında ölkənin müxtəlif bölgələrində mineral ehtiyatların yenidən öyrənilməsi, yeni yataqların aşkar edilməsi və mövcud yataqların potensialının dəqiqləşdirilməsi gələcək sənaye siyasətinin mühüm istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, digər regionların, o cümlədən Naxçıvanın mineral-xammal imkanlarının araşdırılması da bu baxımdan diqqət çəkir. Daşkəsən istiqamətində həyata keçirilən layihələr də bu siyasətin mühüm tərkib hissəsidir. Dəmir filizinin hasilatı və zənginləşdirilməsi ilə yanaşı, metallurgiya məhsullarının istehsalına qədər uzanan sənaye zəncirinin yaradılması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bu prosesin Qərb Sənaye Parkının fəaliyyəti ilə əlaqələndirilməsi isə regionda yeni sənaye klasterinin formalaşmasına imkan verir. Qərb Sənaye Parkının yaradılması regionların sənayeləşdirilməsi siyasətinin yeni mərhələsini əks etdirir".

Deputatın sözlərinə görə, müasir texnologiyaların tətbiqi, ekoloji ekspertizanın gücləndirilməsi və təbiətin qorunması yeni layihələrin əsas prinsiplərindən olmalıdır.

S.Salmanova hesab edir ki, Dövlət Proqramı Azərbaycanın mineral sərvətlərinin ölkənin gələcək iqtisadi inkişafına daha geniş şəkildə xidmət etməsi üçün mühüm yol xəritəsidir. Onun sözlərinə görə, qarşıda duran əsas vəzifə yeraltı sərvətləri yalnız hasil etmək deyil, onları müasir sənaye, texnologiya, insan kapitalı və infrastruktur imkanları ilə birləşdirərək yüksək əlavə dəyər yaradan məhsullara çevirməkdir.

Deputat vurğulayıb ki, bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız ayrı-ayrı yataqların istismarı və müəssisələrin yaradılması məsələsi deyil. Onun sözlərinə görə, bu istiqamət qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, regionların sənayeləşdirilməsi, yeni istehsal zəncirlərinin qurulması və Azərbaycanın iqtisadi potensialının daha səmərəli reallaşdırılması istiqamətində ardıcıl dövlət siyasətinin növbəti mühüm mərhələsidir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın

News thumbnail
iqtisadiyyat

İran aviaşirkətlərindən Azərbaycana bilet alanlara satış məntəqələrinə müraciət etmək tövsiyə olunur

News thumbnail
iqtisadiyyat

İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

Azərbaycan cüdoçuları Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər

Bugün, 22:06
News thumbnail
Bugün
huquq

Cəlilabadda "Mercedes" at arabası ilə toqquşub, xəsarət alanlar var

Bugün, 22:04
News thumbnail
Bugün
siyaset

Azərbaycan və Çex Respublikası XİN-ləri arasında siyasi məsləhətləşmələr küçirilib

Bugün, 22:03
News thumbnail
Bugün
siyaset

Kallas Əraqçi ABŞ-İran müharibəsinə son qoyulması və Hörmüz boğazının tam şəkildə açılmasını müzakirəe dib

Bugün, 22:00

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...

Bugün, 22:00
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov: Hindistan-Pakistan münasibətlərinin normallaşdırılması ilə regionda sülh möhkəmləndirilməlidir

Bugün, 21:54
News thumbnail
Bugün
siyaset

Ceyhun Bayramov İƏT Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Bugün, 21:53
News thumbnail
Bugün
siyaset

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Bugün, 21:50
News thumbnail
Bugün
dunya

Yalçın Rəfiyev BMT Baş Assambleyasında müxtəlif mövzularda çıxış edib

Bugün, 21:48
News thumbnail
Bugün
cemiyyet

Naxçıvanda avtomobil piyadaları vurub

Bugün, 21:39
News thumbnail
iqtisadiyyat

ABŞ Hörmüz boğazından bir milyard bareldən çox neftin keçidini təmin edib

News thumbnail
iqtisadiyyat

Ayxan Qədəşov: "Qeyri-neft sektorunda yeni istehsal imkanları üçün mühüm istiqamətlər müəyyən edilib"