








Hüquqinfo.az bildirir ki,
Sentyabrın 25-dən 26-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Cüdo Turniri keçiriləcək.
"Hüquqinfo.az" xəbər verir ki, beynəlxalq yarışda Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Adilə Niftaliyeva, Sadiq Nəzirov və Yusif Nəsirli mübarizə aparacaqlar.
Qeyd edək ki, adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.









