








Hüquqinfo.az bildirir ki,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində təşkilatınb baş katibi Antonio Quterreş ilə görüşüb.
"Hüquqinfo.az" Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, görüşdə regional və qlobal məsələlər müzakirə olunub.
"Prezidentimiz, səlahiyyət müddətinin sonuna yaxınlaşan Baş katib Quterreş ilə qlobal sülh və təhlükəsizliyi maraqlandıran bir çox məsələdə yaxından işlədiklərini ifadə edib", - məlumatda bildirilib.
Ərdoğan İsrailin Qəzzada sülh istəmədiyinin, İordan çayının Qərb sahilindəki məskunlaşanların və Qüdsdəki müqəddəs məkanlara edilən hücumların vəziyyəti daha da pisləşdirdiyini, iki dövlətli həll zəmininin qorunmasının vacibliyini bildirib.
O, İran və Ukraynada gərginliyin azaldılmalı olduğunu, Türkiyə olaraq diplomatik prosesə sadiq qalınması üçün səy göstərildiyini, Hörmüz məsələsində regionun daxilindən yaranacaq bir prosesin fayda verə biləcəyini ifadə edib.
Qara dənizdə naviqasiya təhlükəsizliyi üçün tərəflərdən məsuliyyətli mövqe nümayişi də qabardılıb. Həmçinin görüşdə Kipr məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Birleşmiş Milletler 81. Genel Kurulu #ErdoganTheVoiceOfJustice (Adaletin Sesi Erdoğan) için bulunduğu New York’taki BM binasında Birleşmiş Milletler Genel Sekreteri Antonio Guterres ile bir görüşme gerçekleştirdi.Görüşmede bölgesel… pic.twitter.com/oQLSgdz3yF









