










Hüquqinfo.az bildirir ki,
"Mercedes" komandasının nümayəndəsi Bredli Lord Bakıdakı "Formula 1" yarışlarının Azərbaycan Qran-prisinin təsnifat mərhələsində çox şeyin təkərlərdən asılı olduğunu bildirib.
"Bakıda çox şey təkərlərdən asılıdır. Əgər onlar işçi diapazonda deyilsə, təsnifat mərhələsində buna görə slipstrim hesabına qazana biləcəyinizdən daha çox vaxt itirəcəksiniz. Nəzarətə tabe olmayan şeylərə nəzarət edə bilməzsiniz. Burada təkərlərin optimal temperaturu və döngələrdəki dəqiqlik siplstrimin yaratdığı aerodinamik effektdən daha yüksək qiymətləndirilir. Məhz buna diqqət yetirmək lazımdır, əgər sürətli dövrədə digər bolidin arxasında hava axınının təsirinə düşmək mümkün olarsa, bu, əlavə üstünlük (bonus) olacaq", - deyə Lord qeyd edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin təsnifat mərhələsi sentyabrın 26-da saat 15:55-də başlayacaq.




.jpg)




