Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uz...--:--
News
Məcnun Məmmədov: "Toxumluq əkin sahələrində 5 mindən ço...--:--
News
İnnovasiya məhsuluna satınalma güzəşti tətbiq olunacaq--:--
News
Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təm...--:--
News
Yoxlamalara dair yeni qadağa qoyulur--:--
News
Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uz...--:--
News
Məcnun Məmmədov: "Toxumluq əkin sahələrində 5 mindən ço...--:--
News
İnnovasiya məhsuluna satınalma güzəşti tətbiq olunacaq--:--
News
Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təm...--:--
News
Yoxlamalara dair yeni qadağa qoyulur--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

Bugün, 09:17
News thumbnail

Hüquqinfo.az bildirir ki,

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.

“Hüquqinfo.az” xəbər verir ki, pensiyaların artırılması əsasən pensiya məbləğlərinin indeksləşdirilməsini nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Qanuna görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə ortaaylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Proses hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı ortaaylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq həyata keçirilir. Yəni əvvəlki ildə ölkədə ortaaylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da o qədər artırılır. İndeksləşdirmə ölkə başçısının bu barədə müvafiq sərəncamına əsasən reallaşdırılır.

Artımın nə qədər olacağına gəldikdə isə 2026-ci il yekunlaşmadığından il üzrə ortaaylıq əməkhaqqının artım göstəricisi məlum deyil. Bununla belə, bir qayda olaraq əməkhaqqı artımları ilin birinci yarısında həyata keçirildiyindən illik göstərici də əsasən bu dövrdə formalaşır. Məsələn, 2025-cı ilin yanvar-iyul aylarında əməkhaqlarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artım qeydə alınıb. 12 aylıq artım göstəricisi isə bundan ciddi fərqlənməyərək 9,3 faiz təşkil edib. Eyni vəziyyət əvvəlki illərdə də müşahidə olunub.

2026-cı ilin yanvar-iyul aylarında isə ölkə üzrə əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artıb. Lakin maraqlıdır ki, 7 ay üzrə artım tempi illik artım proqnozunu üstələyib. Belə ki, 2026-cı ildə orta aylıq əməkhaqqı məbləğinin təxminən 6 faiz artacağı proqnozlaşdırılıb.

2026-cı ildə əməkhaqqı artımı əsasən ilin birinci rübündə formalaşıb. Belə ki, yanvar ayında orta aylıq əməkhaqqının artımı 3,8 faiz olsa da, yanvar-mart ayları üzrə bu göstərici 6,2 faizə yüksəlib. Sonrakı 4 ayda isə cəmi 1 faiz bəndi artıb.

Qeyd edilənlər 2026-ci ildə ortaaylıq əməkhaqqının təxminən 8 faiz artacağına işarə edir. Bu da əmək pensiyalarının 2027-ci ildə bu həddə artacağını deməyə əsas verir. Belə olan halda 2027-ci ildə hazırda 400 manat pensiya alan şəxsin pensiya məbləği 32 manat artaraq 432 manata, 500 manat pensiya alanın isə 40 manat artaraq 540 manata yüksəlmiş olacaq. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğlərində də eyni qaydada artım tətbiq ediləcək.

Pensiyaların qeyd edilən indeksləşdirilmə göstəricisi reallaşacağı halda 2026-cı il üzrə proqnozlaşdırılan 5,7 faizlik orta inflyasiyanı üstələmiş olacaq. Bu da əmək pensiyalarının alıcılıq qabiliyyətinin növbəti ildə də qorunub saxlanılacağı deməkdir.

Qeyd etmək yerinə düşər ki, pensiyaların məbləğlərinə, həmçinin minimum pensiya məbləğinin artırılması da təsir edir. Belə ki, minimum pensiya məbləğinin artırılması bu həddə pensiya alanların pensiyasının artmasına imkan verir. Pensiyaların minimum məbləği sonuncu dəfə 2025-cü ilin fevralın 1-də 40 manat artırılaraq 320 manata çatdırılıb. Bu göstərici “Əmək pensiyaları haqqında” Qanuna dəyişiliklik edilməklə artırılır. Onu da qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacağı bildirilib. Bu mənada hazırda minimum pensiya məbləği minimum əməkhaqqının (400 manat ) 80 faizinə bərabərdir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək

News thumbnail
iqtisadiyyat

Səhm (pay) əldə edən işçilərlə bağlı gəlir vergisindən azad edilmə halları olacaq

News thumbnail
iqtisadiyyat

Naxçıvandakı sahibkarlar 8 ayda 5 milyon manatdan çox güzəştli kredit alıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır

Bugün, 10:00
News thumbnail
Bugün
cemiyyet

Laçında dağlıq ərazidə yanğın - Video

Bugün, 09:57
News thumbnail
Bugün
son xeberler

“Formula 1 “Sea Breeze”də keçirilə bilər”

Bugün, 09:56
News thumbnail
Bugün
siyaset

Borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı

Bugün, 09:55

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Naxçıvandakı sahibkarlar 8 ayda 5 milyon manatdan çox güzəştli kredit alıb

Bugün, 09:53
News thumbnail
Bugün
siyaset

Gürcü vitse-spiker: Azərbaycanla tərəfdaşlıq münasibətləri daha da gücləndirilməlidir

Bugün, 09:53
News thumbnail
Bugün
iqtisadiyyat

Bakının bu qəsəbəsində qaz olmayacaq

Bugün, 09:51
News thumbnail
Bugün
iqtisadiyyat

Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Bugün, 09:51
News thumbnail
Bugün
siyaset

Ramin Məmmədov "Cümə" və "İmam Zaman" məscidlərini ziyarət edib

Bugün, 09:50
News thumbnail
Bugün
son xeberler

Formula 1-in “Sea Breeze”də keçirilə biləcəyindən danışdı

Bugün, 09:50
News thumbnail
iqtisadiyyat

Bakının bu qəsəbəsində qaz olmayacaq

News thumbnail
iqtisadiyyat

Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb