










Hüquqinfo.az bildirir ki,
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 5,2 milyon manat güzəştli kredit verib.
"Hüquqinfo.az"un yerli bürosunun məlumatına görə, bunun 56,4 %-i kənd təsərrüfatına, 17,8 %-i xidmətə, 25,8 %-i isə sənayeyə yönəldilib.
Ayrılmış vəsait 149 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 40,6 % artıb.
Güzəştli kreditlərin 91,3 %-i, layihələrin isə 64,8 %-i regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.








