Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“PAŞA Sığorta” avqust ayında 18 milyon manatdan çox sığ...--:--
News
"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq--:--
News
Zeynəb Xanlarova İtaliyada dincəlir - Foto--:--
News
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədar...--:--
News
8 ayda əhaliyə 7 milyard manat ödənilib--:--
News
“PAŞA Sığorta” avqust ayında 18 milyon manatdan çox sığ...--:--
News
"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq--:--
News
Zeynəb Xanlarova İtaliyada dincəlir - Foto--:--
News
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədar...--:--
News
8 ayda əhaliyə 7 milyard manat ödənilib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı

Bugün, 09:55
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Hüquqinfo.az” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye v ə sahibkarlıq komitəsinin bu gün keçiirilən iclasında müzkirəyə çıxarılan “İcraa haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, icra məmuru borclunun özündə aşkar edilən sənədli qiymətli kağızı dərhal götürərək, həmin qiymətli kağızın götürüldüyü gündən gec olmayaraq üzərinə həbs qoyulması barədə qərar qəbul edir və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərir.

İcra məmuru borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağızın, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızın olması barədə mərkəzi depozitardan rəsmi məlumat aldıqda həmin məlumatın alındığı gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul edir və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərir.

Borclunun mülkiyyətində olan qiymətli kağızın üzərinə həbs qoyulması, həmin qiymətli kağıza sərəncam hüququnu və həmin qiymətli kağız üzrə ödənişlərin qəbulunu icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə məhdudlaşdırır.

Yönəldilən tələb miqdarında və həcmində bölgüsü mümkün olmayan qiymətli kağızlar üzrə sərəncam hüququna, tələbin miqdarı və həcmindən asılı olmayaraq, bütövlükdə həbs qoyulur.

Borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə təşkil edilir.

Qiymətli kağıza tələb yönəldilərkən qiymətli kağız əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə tələbkara təklif olunur. Tələbkar həmin təklifin qəbulu ilə bağlı iradə ifadəsini 7 iş günü müddətində bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir.

Qiymətli kağızın tələbkarın mülkiyyətinə keçirilməsi ilə əlaqədar icra məmuru 1 iş günü müddətində müvafiq olaraq mərkəzi depozitara, ödəyiciyə və ya investisiya şirkətinə müraciət edir. Tələbkarın depo hesabı olmadığı halda tələbkar sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza tələbin yönəldilməsinə qədər depo hesabı açılması üçün mərkəzi depozitarın üzvünə (investisiya şirkətlərinə və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara) müraciət etməlidir.

Əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymət, belə qiymət mövcud olmadıqda isə nominal dəyər tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılır.

Qiymətli kağızın verilməsi (depo hesabına köçürülməsi) təklifi tələbkar tərəfindən qəbul edilmədikdə qiymətli kağıza tələbin yönəldilməsi qiymətli kağızın tənzimlənən bazarda satılması yolu ilə həyata keçirilir. Qiymətli kağızların tənzimlənən bazarda satışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. Bu halda icra məmuru sifarişçi qismində çıxış edərək Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya şirkətinə qiymətli kağızların tənzimlənən bazarda satışını həvalə edir. Qiymətli kağızların tənzimlənən bazarda satışı zamanı qiymətli kağız satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə təklif olunur.

Qiymətli kağızın satışından daxil olan vəsait icra xidmətinin depozit hesabına köçürülür.

Qiymətli kağız tənzimlənən bazarda iki ay müddətində satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə satılmadıqda bu barədə icra məmuruna məlumat verilir və həmin qiymətli kağız yenidən tələbkara nominal dəyəri ilə təklif olunur. Həmin təklifin rəsmiləşdirilməsi bu Qanunun 46-1.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq həyata keçirilir. Həmin təklif tələbkar tərəfindən qəbul edilmədikdə sənədli qiymətli kağız 3 iş günü müddətində borcluya qaytarılır, sənədsiz qiymətli kağızın borclunun depo hesabına qaytarılması üçün 1 iş günü müddətində mərkəzi depozitara bildiriş göndərilir.

Ödəniş vaxtı çatmış və üzərinə həbs qoyulmuş qiymətli kağızlar üzrə borcluya ödənilməsi nəzərdə tutulan vəsait icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə ödəyici tərəfindən icra xidmətinin depozit hesabına ödənilir.

Girov predmeti olan qiymətli kağızlara tələbin yönəldilməsi bu Qanunun 48-ci maddəsi nəzərə alınmaqla həyata keçirilir.

Bu maddənin tələbləri daşınmaz əmlak üzərində ipoteka hüququnu təmin edən ipoteka kağızına şamil olunmur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Hakim Trampın Ağ Evdə media qadağasını bloklayıb

News thumbnail
siyaset

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil”

News thumbnail
siyaset

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil”

Bugün, 10:50
News thumbnail
Bugün
siyaset

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb

Bugün, 10:50
News thumbnail
Bugün
dunya

Rusiya ordusu Xarkova zərbə endirib, 6 nəfər ölüb

Bugün, 10:50
News thumbnail
Bugün
cemiyyet

Pakistan Əfqanıstanda 10 obyektə zərbə endirdi

Bugün, 10:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Bakıda toxumçuluqla bağlı konfrans keçirilib

Bugün, 10:49
News thumbnail
Bugün
siyaset

Zelenski Putinlə üçtərəfli görüşün mümkün tarixini açıqlayıb

Bugün, 10:44
News thumbnail
Bugün
son xeberler

Çingiz Mustafayevin lentə aldığı Ləfxanım Xocalıya qayıtdı - Foto

Bugün, 10:43
News thumbnail
Bugün
dunya

Hande Erçel Cennifer Lopezlə bir arada

Bugün, 10:40
News thumbnail
Bugün
dunya

FAO: Azərbaycandakı fəaliyyətimiz standart layihələrin çərçivəsini aşır

Bugün, 10:38
News thumbnail
Bugün
idman

ÇL: "Sabah"ın oyunları üçün satılan biletlərin sayı 104 mini keçdi

Bugün, 10:37
News thumbnail
siyaset

Bakıda toxumçuluqla bağlı konfrans keçirilib

News thumbnail
siyaset

Zelenski Putinlə üçtərəfli görüşün mümkün tarixini açıqlayıb