










Hüquqinfo.az bildirir ki,
Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri bir neçə min rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyaların üç il müddətinə uzadılması barədə ilkin razılığa gəliblər, eyni zamanda sahibkarlar Əlişir Usmanov və Mixail Fridmanın sanksiya siyahılarından çıxarılması barədə razılaşıblar.
"Hüquqinfo.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə avropalı diplomatlar bildiriblər.
Onların sözlərinə görə, əgər yaxın bir neçə saat ərzində Aİ dövlətlərindən heç biri buna qarşı çıxmazsa, Usmanov və Fridmanın çıxarılması barədə qərar qüvvəyə minəcək.
Razılaşma minlərlə rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyaların uzadılması barədə paket razılaşması çərçivəsində əldə olunub. Üç illik müddət altı və ya 12 aylıq adi sanksiya uzadılması dövrlərini xeyli üstələyir.










